Daha 7 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi aldı - ADLARI
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199-a çatıb. Mikro və kiçik sahibkarlar vergi azadolmalarını nəzərdə tutan “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.Daha 7 mikro və kiçik sahibkara onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Marja-ya bildirilib ki, “Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxılıb və onlardan 7-nə şəhadətnamənin verilməsi qərara alınıb.
“Startap” şəhadətnamələri "Green Public" MMC-nin ağacəkmə, yaşıllaşdırma tədbirləri və ianələr üçün onlayn platforması, "Lumusoft" MMC-nin motosiklet, ikitəkərli elektrikli nəqliyyat vasitələri və velosipedlər üçün onlayn marketpleys, “Self Tech” MMC-nin özünəxidmət kofeşopu və mikromarket üçün ağıllı həllər, "U and R Company" MMC-nin dövlət qurumlarında və özəl şirkətlərdə kadrların idarəedilməsi üçün onlayn platforması, "Azari" MMC-nin kuryer xidmətlərinin idarəedilməsi üçün onlayn platforması, fərdi sahibkarlar Günay Əliyevanın onlayn təhsil platforması və Cavid Cabbarovun tullantı qida qalıqlarının təkrar emalı, ev heyvanları üçün konservləşdirilmiş yem istehsalı layihələrinə təqdim edilib.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















