Birjada Almaniyanın investorlar qrupunun üzvləri ilə görüş
07 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasının (BFB) əməkdaşları ilə Almaniyanı təmsil edən investorlar qrupu üzvlərinin Azərbaycana işgüzar səfəri çərçivəsində görüş təşkil edilmişdir.
Birjadan "Marja"ya daxil olmuş məlumata görə, görüşdə BFB-nin Biznesin İnkişafı Qrupu rəhbəri Abdulla İsayev Azərbaycanın qiymətli kağızlar bazarının ticarət arxitekturası, səhm və istiqraz, korporativ və dövlət qiymətli kağızları ilə aparılan əməliyyatlar barədə danışaraq, yerli bazarda xarici investorlar üçün yaradılan imkanlardan, eləcədə onların marağına səbəb olacaq kapital bazarı alətləri barədə ətraflı məlumat verib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılaraq, Almaniyanı təmsil edən investorlar qrupu üzvlərinin sualları cavablandırılıb.
Qeyd edək ki, qadınlardan ibarət olan “DAGOBERTA” investorlar qrupu 2000-ci ildə Almaniyada yaradılmışdır. Qrupun yaradılmasında əsas məqsəd maliyyə sahəsində savadlılığının və biliyin artırılması, kapital bazarında investisiya imkanlarının təhlili və təşviqi, eləcədə maliyyə bazarlarında peşəkar bacarıqların yüksəldilməsinə dəstək göstərməkdən ibarətdir. Əsasən müxtəlif ixtisasalar üzrə fəaliyyət göstərən qrupu 65 üzv təmsil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























