ABŞ Rusiyanın kənd təsərrüfatına qarşı sanksiyalarını ləğv etməyə hazırlaşır
Ağ Evin Ər-Riyadda ABŞ-Rusiya danışıqları ilə bağlı bəyanatında deyilir ki, ABŞ Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı üçün dünya bazarlarına yenidən çıxış əldə etməyə kömək edəcək.
Ağ Evin yazılı açıqlamasında, ABŞ və Rusiya texniki heyətləri arasında 23-25 mart tarixlərində Ər-Riyadda Qara dənizdəki vəziyyətlə bağlı danışıqların nəticələri paylaşılıb.
"ABŞ Rusiyanın kənd təsərrüfatı və gübrə ixracı üçün dünya bazarına çıxışını bərpa etməyə, dəniz sığortasının xərclərini azaltmağa, bu cür əməliyyatlar üçün limanlara və ödəniş sistemlərinə çıxışı yaxşılaşdırmağa kömək edəcək", - deyə məlumatda bildirilir.
Açıqlamada hər iki ölkənin Qara dənizdə təhlükəsiz səfərlərin təmin edilməsi və güc tətbiqinin aradan qaldırılması ilə bağlı razılığa gəldiyi qeyd edilərək, kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadə edilməməsi də vurğulanıb.
Tərəflərin Rusiya və Ukraynanın enerji obyektlərinə hücumların qadağan edilməsi ilə bağlı müvəqqəti atəşkəsin tətbiqi ilə bağlı razılığa gəldiyinə diqqət çəkən açıqlamada, “Üçüncü ölkələrin enerji və dəniz razılaşmalarının həyata keçirilməsini dəstəkləmək üçün xoşməramlı yanaşmaları müsbət qarşılanır" deyilir.
Həmçinin açıqlamada vurğulanıb ki, ABŞ və Rusiya “davamlı və daimi sülhün bərqərar olması” üçün səylərini davam etdirəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
38 d. əvvəl
Möhtəşəm yaşayış kompleksi - Nizami City: TƏMİRLİ VƏ TƏMİRSİZ MƏNZİLLƏR!
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Bank of Baku” ASC istiqrazlarını alan investorlar üçün əlavə fürsət!
-
16 saat əvvəl
Ərəb ölkəsinin holdinqi Azərbaycan bankına sərmayə yatıracaq - ANLAŞMA
-
16 saat əvvəl
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
Ən çox oxunanlar

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək

Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
