Brent neftin qiyməti 55 dollara yaxınlaşıb
ABŞ-ın xam neft istehsalında kəskin azalmanın baş verməsilə əlaqədar qlobal bazarlarda xam neft qiymətləri yüksəlib.
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 08:20-də, Brent nefti 54,74 dollardan, Qərbi Texas nefti 49,24 dollardan alıcı tapıb. Brent nefti 1%-ə yaxın bahalaşıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 4,6 milyon barel (1 faiz) artımla 462,4 milyon barelə qalxdığını açıqlayıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 4 milyon barrel artması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 5,4 milyon barrel azalma qeyd etmişdi.
Beləliklə, ABŞ-ın kommersiya xam neft ehtiyatları 9 həftə ardıcıl azalmanın ardından artım qeyd etmişdir.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə ötən həftə 0,3 milyon barrel azalaraq 678,6 milyon barrelə enib.
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftədə 3,2 milyon barel (1,4 faiz) azalaraq 226,7 milyon barelə enib. Bazar 5 milyon barrel azalma olacağını gözləyirdi. Benzin ehtiyatları əvvəlki həftə 0,03 milyon barrel artmışdı.
XAM NEFT İSTEHSALI KƏSKİN DÜŞÜB
Bu dövrdə ölkənin xam neft istehsalı isə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 749 min barel azalaraq kəskin azalma göstərib və 8,78 milyon barrelə enib. Beləliklə, ABŞ-ın xam neft istehsalı 3 həftə ardıcıl yüksəlişdən sonra ilk dəfə düşüb.
Ölkənin xam neft idxalı da sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 822 min barrel azalaraq 7,08 milyon barrelə geriləyərkən, xam neft ixracı sutkada orta hesabla 749 min barrel azalma ilə 153 min barrelə enib.
Mütəxəssislər, Harvey qasırğasının ABŞ-ın Texas və Luiziana ştatlarındakı neftayırma zavodlarının fəaliyyətlərinə mənfi təsir etdiyinə işarə ediblər. Zavodlar xam neft alışını dayandırıb və bu səbəbdən ölkənin xam neft ehtiyatlarında artım meydana gəlib.
Bundan əlavə, Harvey qasırğası səbəbilə ABŞ-ın xam neft hasilatının kəskin düşdüyünü vurğulayan mütəxəssislər, ölkənin Meksika Körfəzi regionundan edilən xam neft idxal və ixracının da mənfi təsirləndiyini bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 8 d. əvvəl
- 16 d. əvvəl
-
16 d. əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
30 d. əvvəl
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
-
1 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Qeyri-neft ixracında özəl şirkətlər kəskin artım göstərib, dövlət ixracatçılarında azalma qeydə alınıb
Azərkosmos-un ixrac gəliri açıqlanıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
İyunun 3-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb























