Dolların 2025-ci ilin sonunda 42 Türkiyə lirəsi olacağı təxmin edilir
Commerzbank həm 2025-ci ilin sonu, həm də 2026-cı ilin sonu üçün ABŞ dolları//Türkiyə Lirəsi (USD/TRY) məzənnəsi proqnozlarını artırıb. Commerzbank USD/TRY məzənnəsi proqnozlarını 2025-ci ilin sonu üçün 42 TL və 2026-cı ilin sonu üçün 46 TL olaraq yenidən nəzərdən keçirib. Əvvəlki proqnozlar müvafiq olaraq 38 TL və 40 TL səviyyəsində idi.Almaniyanın maliyyə təşkilatı "Commerzbank" həm 2025-ci ilin sonu, həm də 2026-cı ilin sonu üçün ABŞ dolları/Türkiyə Lirəsi (USD/TRY) məzənnəsi üzrə proqnozlarını artırıb.
Marja.az xəbər verir ki, "Commerzbank"ın analitiki Tatha Ghose İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra artan etirazların və siyasi qeyri-müəyyənliyin Türkiyə lirəsinə mənfi təsir göstərə biləcəyini deyib.
Bu vəziyyətin beynəlxalq əlaqələrə də təsir edə biləcəyini qeyd edən Ghose, "Bu ssenari reallaşarsa, Türkiyə lirəsinə gündəlik müdaxilələr və idarə olunması baha başa gələcək. Lirə dəyər itirməyə davam edəcək, bu da inflyasiyanı daha da artıracaq" deyib.
"Commerzbank" USD/TRY məzənnəsi proqnozlarını 2025-ci ilin sonu üçün 42 TL və 2026-cı ilin sonu üçün 46 TL səviyyəsində yenidən nəzərdən keçirib. Əvvəlki proqnozlar müvafiq olaraq 38 TL və 40 TL səviyyəsində idi.
Hazırda USD/TRY məzənnəsi 38 lirəyə yaxın səviyyələrdədir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
5 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
5 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























