Azərbaycanın investisiya şirkətlərinin müştəri aktivləri 20% artıb
Hesabat ili ərzində investisiya şirkətlərinin balansı genişlənmişdir. 2023-cü ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 50% (61 mln. manat) artaraq 182 mln. manat, öhdəlikləri isə 71% (53 mln. manat) artaraq 128 mln. manata çatmışdır. İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki artımı şərtləndirən əsas amil repo/əksrepo əməliyyatlarının həcminin artımı ilə bağlı olmuşdur.
Marja xəbər verir ki, bu, Azərbaycan Respublikasının Mərkəzi Bankının 2024-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Qeyd edilib ki, dövr ərzində investisiya şirkətlərinin müştəri aktivləri genişlənmişdir. 2023-cü ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin müştəri aktivləri 20% (315 mln. manat) artaraq 1,915 mln. manata çatmışdır. Müştəri aktivlərində artımın əsas drayveri xarici bazarda broker xidmətləri olmuşdur. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 26% (333 mln. manat) artmışdır.
İnvestisiya şirkətlərinin xalis mənfəətində artım müşahidə edilmişdir. Belə ki, ötən ilin sonu ilə müqayisədə 2024-cü il ərzində investisiya şirkətlərinin xalis mənfəəti 2.7% (0.2 mln. manat) artaraq 7.9 mln. manat olmuşdur. İnvestisiya şirkətlərinin xalis mənfəətində artım müşahidə edilsə də, artan kapital fonunda ROE göstəricisi 2.2 f.b. azalaraq 15.7% olmuşdur.
İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. 2024-cü ilin ilk yarımilinin sonuna olan məlumatlara əsasən sektor üzrə məcmu kapital 46 mln. manat, tələb olunan kapital isə 5.2 mln. manat təşkil etmişdir ki, bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olmasını şərtləndirir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 10 saat sonra
-
- 6 saat sonra
-
10 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
11 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
11 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb














.jpg)



.jpg)


