Tekstil və tekstil avadanlıqları üzrə yeni standartlar qəbul ediləcək
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi “Tekstil sahəsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 45) növbəti iclası keçirilib.
AZSTAND-dan bildirilib ki, hibrid formatda təşkil olunan iclasda Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, “Azərxalça” ASC, “Azəripək”, “Prime Cotton”, “Dress Uniform” MMC-lər və digər aidiyyəti qurumların Texniki Komitələrinin üzvləri iştirak ediblər.
İclas zamanı Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planı çərçivəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi məqsədilə tekstil sahəsinə dair mövcud standart layihələri müzakirə olunub, həmçinin Texniki Komitənin üzvləri tərəfindən həmin layihələrə dair təklif və rəylər təqdim edilib.
Yekunda tekstil və tekstil avadanlıqları üzrə yeni standartların qəbuluna dair təkliflər səsverməyə çıxarılıb. İştirakçılar tərəfindən konsensus əsasında qəbul edilən yeni standartlar təsdiq edilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim olunub.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
-
56 d. əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Ən çox oxunanlar
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir










.png)












