“Azəristiliktəchizat”a sədr təyin edildi
İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat”a yeni sədr təyin edilib.
Marja xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
İlham “Azəristiliktəchizat”n İdarə heyəti sədrinin müavini vəzifəsində çalışırdı.
Mirzəliyev İlham Ata oğlu 1960-cı ildə anadan olmuşdur. İqtisadçı-mühəndisdir.
1982-2000-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planalaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini
2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini
2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini idi.
Azərbaycan Respublikası Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra etməkdə idi.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir.
İqtisad üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 2 övladı var.
XXX
İ.A.Mirzəliyevin “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2025-ci il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
-
- 7 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Ən çox oxunanlar
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb






.jpg)












.jpg)





