Azərbaycanın dövlət büdcəsi "aşıb-daşır" - Gəlirləri proqnozdan çox olub, artıqlıq yaranıb
2025-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat, xərcləri 10 milyard 961,9 milyon manat, büdcə artıqlığı 3 milyard 3 milyon manat təşkil edib.2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 440 mindən çox ödəniş tapşırığı yerinə yetirilib.
Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 milyard 923,5 milyon manat təşkil edərək proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 64,9 milyon manat təşkil edərək proqnozdan 37,9 milyon manat və ya 1,9 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 14,8 milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 27,2 faiz və sair daxilolmalar 182,3 milyon manat təşkil edərək proqnozdan 100,4 milyon manat və ya 122,4 faiz çox icra edilib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4 faiz, Dövlət Neft Fondundan transfert isə 4 579,1 milyon manat təşkil edərək proqnoza qarşı 247,9 milyon manat və ya 5,1 faiz az icra edilib.
2025-ci ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin xərcləri 11 milyard 191,9 milyon manat proqnoza qarşı 10 milyard 961,9 milyon manat, yəni 97,9 faiz icra olunub. Nəticədə dövlət büdcəsində 3 milyard 3 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 22 saat sonra
- 25 d. əvvəl
-
1 saat əvvəl
Bakıda “McDonald’s”ın beynəlxalq EMEA sammitləri keçirilib – FOTO
-
1 saat əvvəl
Şəffaflıq və açıqlama sahələrində irəliləyişlərə görə SOCAR-ın reytinqi qaldırıldı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
İş yerinə dair arayışın alınması "mygov”a köçürülüb
Azərbaycan neftinin son qiyməti
Avropa İttifaqında orta aylıq maaş 3300 avronu keçib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək












.jpg)







.jpg)



