"Marcom" şirkəti Rusiya markaları ilə eyni dili danışmağı bacarıb
Müştəri sayını xarici şirkətlər vasitəsilə artırmağa çalışan Marcom Marketinq və Kommunikasiyalar şirkəti şimal qonşumuzla dil tapmağı bacarıb.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə Rusiya-Ukrayna münaqişəsi fonunda ABŞ və Avropa ölkələrinin Rusiyaya olan iqtisadi münasibəti bir çox markaların bizə üz tutmasına səbəb olub:
“Biz, 2024-cü ilin ikinci yarısından etibarən google analytics aləti vasitəsilə saytımıza Rusiyadan daxil olanların sayında ciddi artım olduğunu aşkarlamışdıq. Komanda ilə məsləhətləşdikdən sonra həmin bazar üçün prioritet ola biləcək xidmətlərimiz ilə bağlı reklamları müxtəlif platformalar üzərindən əsas şəhərləri hədəf almaqla test reklamlar yayımlamağa başladıq. Reklamlar üzrə nəticələri analiz edib təkmilləşdirdikdən sonra saytımıza Rusiya şirkətlərindən daxil olan sorğuların artığını gördük".
Ceyhun Fərzəliyev qeyd edib ki, yerli bazardakı ixtisaslı kadrlarla bağlı çətinliklər sifarişlərin həcmini artırmağa və gələn sorğuları daha tez emal etməyə imkan vermir. Biz bunun üçün digər ölkələrdə olan əməkdaşlarımızı cəlb etsək də, ölkələrarası zaman və mədəniyyət fərqi proseslərə təsirsiz ötüşmür:
“Bu gün əziyyətimizin nəticəsi olaraq Rusiyanın aparıcı telekommunikasiya şirkəti “Megafon”, əsas marketpleysi “Ozon”, geniş internet mağazası “Wildberries” kimi şirkətlərdən sorğular əldə etmişik, həmçinin “Siberian Wellness” şirkəti ilə əməkdaşlığa başlamışıq. Rusiyada olan marka və agentliklərin Azərbaycan bazarına müraciət etməsinin digər bir səbəbi kimi əmək bazarında olan kadrların baş verən hadisələr fonunda ölkədən getmələridir. Düşünürəm ki, biz yaranmış imkanı doğru dəyərləndirməklə, Rusiya bazarından daha çox sifarişlər əldə edib yerli bazardakı agentlikləri əməkdaşlığa cəlb edə bilərik. Bu, həm bazarın inkişafı, həm də ortaya yaxşı iş qoymaq baxımından hər 3 tərəf üçün daha uyğun olacaq.”
Qeyd edək ki, Marcom şirkətinin fəaliyyətini 3 ölkədə (Gürcüstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliyi) davam etdirir. Şirkətin bu yaxınlarda Yaponiya şirkəti ilə əməkdaşlığa başlanılması da gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
37 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























