“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
(®) İnnovasiya və sürət lideri “Bakcell” ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə tərəfdaşlığını genişləndirərək rəqəmsal yeniliklər və müştəri məmnuniyyəti istiqamətində növbəti addımı atır.
Bu təşəbbüs nəticəsində istifadəçilərə seçilmiş “Birbank” filiallarında “Bakcell” nömrələrinin təqdimatı və “Birbank” mobil tətbiqi vasitəsilə tam inteqrasiya olunmuş aktivləşdirmə təklif olunur. Tərəfdaşlığın əsas məqsədi innovasiya əsasında müştəriyönümlü və funksional xidmət modelinin formalaşdırılmasıdır.
Qeyd edək ki, “Bakcell” nömrələri “Birbank”ın “Gənclik Mall”, “Sahil”, “28 Mall”, “Binəqədi” və “Sumqayıt” filiallarında quraşdırılmış xüsusi stendlər vasitəsilə təqdim olunur. İstifadəçilər stend və ya SIM paketinin üzərindəki QR kodu “Birbank” tətbiqi ilə skan edərək nömrəni tam rəqəmsal və sürətli şəkildə aktivləşdirə, daha sonra “Bakcell”in “Birinci” tarif paketindən faydalana bilərlər. Bu tarifə qoşulan müştərilər, həmçinin “Trendyol”, “Umico”, “m10” və “Birbank” platformalarından istifadə zamanı xüsusi fürsət və əlavə imkanlar əldə edəcəklər. Yaxın gələcəkdə isə digər “Birbank” filiallarında da yeni “Bakcell” stendlərinin quraşdırılması planlaşdırılır.
Əlavə olaraq, nömrələr “Əhmədli” ərazisində, həmçinin “Koroğlu”, “20 Yanvar” və “Şah İsmayıl Xətai” metro stansiyalarının yaxınlığındakı “Bravo” hipermarketlərində yerləşən “Bakcell” stendlərindən də əldə edilə bilər.
Bu təşəbbüs “Bakcell”in müştəriyönümlü yanaşmasını əks etdirən və müştəri təcrübəsinin hər mərhələsində rəqəmsal yeniliyi təşviq edən növbəti uğurlu addımdır.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 17 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)






.jpg)






