Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da statistik göstəricilərin dərc olunması fonunda dollar major valyutalar qarşısında ucuzlaşıb, qızıl isə cari həftə ərzində itirdiyi dəyəri demək olar ki, yenidən qazanıb. Həmçinin, tarif mövzusu hələ də investorlar üçün prioritet olaraq qalır, çünki ABŞ hazırda bu məsələlərlə bağlı digər ölkələrlə razılaşmalar üzrə danışıqlar aparır. Lakin, bu, gələcək yolun tamamilə rahat olacağı anlamına gəlmir.
Məsələn, ABŞ-la əldə olunmuş razılaşmaya baxmayaraq, Çin hələ də Amerikaya nadir torpaq metallarının ixracını qadağan edir. Bu metallar müdafiə və enerji kimi strateji sahələr üçün həlledici əhəmiyyət daşıyır. Hindistanla da çətinliklər var, çünki görünür, ABŞ prezidenti Donald Tramp yalnız idxal tariflərinin azaldılması ilə kifayətlənmək istəmir. Tramp, “Apple” şirkətinin baş direktoru Tim Kuka bildirib ki, şirkətin Hindistanda inkişaf etməsini istəmir.
Nəticədə, FED sədri Cerom Pauell, tariflərlə bağlı danışıqlarda mövcud olan bütün çətinlikləri nəzərə alaraq, 15 may, cümə axşamı günü xəbərdarlıq edib ki, “təchizat zəncirində baş verən şoklar” gələcəkdə “daha tez-tez və potensial olaraq daha uzunmüddətli” ola bilər.
Ötən gün 1.11700 səviyyəsinə qədər ucuzlaşan EUR/USD valyuta cütlüyü bugün artım sərgiləyərək səhər saatlarında 1.12180 səviyyəsində ticarət olunub. USD/JPY cütlüyü 148.640 həddindən başlayan eniş tendensiyasını davam etdirir və artıq 144.970 həddinə qədər ucuzlaşıb. Qızılın qiyməti isə 3120$-a qədər gerilədikdən sonra 3252$-a kimi bahalaşıb.
Cümə axşamı günü Avropa İttifaqının Statistika İdarəsi (Eurostat) tərəfindən açıqlanan məlumatlara əsasən, Avrozonanın ÜDM-i 2025-ci ilin birinci rübündə əvvəlki üç ayla müqayisədə 0.3%, illik ifadədə isə 1.2% artıb. Eləcə də, Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi mart ayında 2.6% artıb və ekspertlərin 1.9%-lik proqnozunu üstələyib. Böyük Britaniya iqtisadiyyatı isə bu ilin birinci rübündə əvvəlki üç ayla müqayisədə 0.7% böyüyüb.
ABŞ-da İstehsal Qiymətləri İndeksi (PPI) 2025-ci ilin aprel ayında əvvəlki ayla müqayisədə 0.5% geriləyib. İllik ifadədə PPI 2.4%, PPI Core isə 3.1% artıb. Öləkənin Sənaye Sektorunda İstehsal Həcmi 2025-ci ilin aprel ayında əvvəlki ayla müqayisədə dəyişməyib. İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı isə 229 min olub. Əlavə olaraq, Amerikada Pərakəndə Satış Dövriyyəsinin Həcmi əvvəlki ayla müqayisədə 0.1%, illik ifadədə isə 5.2% artıb.
ABŞ-ın Filadelfiya Federal Ehtiyatlar Bankının hesabatına əsasən, regionun sənaye sektorunda biznes aktivliyi 2025-ci ilin aprel ayında -4 bəndə qədər yüksəlib, halbuki, mart ayında qeyd olunan göstərici -26.4 bənd idi. Yaponiyanın ÜDM-i isə rüblük ifadədə 0.2%, illik ifadədə isə 0.7% azalıb.
Bugün Avrozonada açıqlanacaq Ticarət Saldosu və ABŞ-da dərc olunacaq Tikintisi Başlanılan Evlərin Sayı göstəriciləri investorların diqqət mərkəzində olacaq xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 13 d. əvvəl
-
- 19 d. əvvəl
-
31 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
1 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb


















