"Qarabağ Futbol Klubu” zərərini 2 dəfə azaldıb
“Qarabağ Futbol Klubu” MMC 2024-cü ili 877 min manat zərərlə başa vurub.
Klubun maliyyə hesabatına görə, bu, 2023-cü illə müqayisədə 50,8 % və yaxud təxminən 2 dəfə azdır.
Ötən il “Qarabağ Futbol Klubu”nun əməliyyat gəlirləri 34,754 milyon manat (əvvəlki ilə nisbətən 12,7 % çox), əməliyyat xərcləri 35,613 milyon manat (11,5 % çox), maliyyə xərcləri isə 18 min manat (37,8 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Qarabağ Futbol Klubu”nun akitvləri 47,027 milyon manat olub ki, bu da illik müqayisədə 62 % çoxdur. Hesabat dövrünə şirkətin öhdəlikləri 2,7 dəfə artaraq 31,109 milyon manata çatıb, balans kapitalı isə 8,4 % azalaraq 15,919 milyon manata düşüb.
Xatırladaq ki, “Qarabağ Futbol Klubu” 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı isə 8,615 milyon manatdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?



















.jpg)




