OBA “Best Managed Companies Azerbaijan 2025” qalibi oldu
Yerli bazarın liderlərindən biri olan “OBA” marketlər şəbəkəsi daha bir beynəlxalq uğura imza atıb.
Şəbəkənin yaydığı məlumatda bildirilir ki, “Best Managed Companies 2025” proqramı çərçivəsində nüfuzlu mükafata layiq görülən “OBA”, bu mükafatla həm ölkə daxilində, həm də regionda davamlı inkişaf və strateji idarəetmənin simvoluna çevrilib
"“Best Managed Companies 2025” proqramında qalib adını qazanan “OBA” marketlər şəbəkəsi bu mükafatla yalnız Azərbaycanın deyil, regionun da ən peşəkar idarə olunan şirkətlərindən biri olduğunu sübut etdi. Rəsmi təltifetmə mərasimində mükafata layiq görülən “OBA” strateji idarəetmə, insan kapitalının inkişafı, maliyyə dayanıqlılığı və sosial məsuliyyət sahələrində nümayiş etdirdikləri qabaqcıl təcrübəyə görə “Best Managed Companies” statusuna layiq görülüb. Bu uğur — davamlı inkişaf, komanda ruhu və strateji idarəetmənin nəticəsidir", -məlumatda bildirilir.
30 ildən artıqdır 46 ölkədə tətbiq olunan sözügedən nüfuzlu proqram ölkəmizdə də yüksək idarəetmə və strateji inkişaf meyarlarına cavab verən özəl sektor təmsilçilərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA" marketlər şəbəkəsi mükafata ilk namizədliyini irəli sürdüyü ildəcə bu beynəlxalq mükafata layiq görülüb.
Mükafat “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya təqdim olunub.
Qeyd edilib ki, "OBA" marketlər şəbəkəsi artıq üç ildən çoxdur ki, diskaunt market konsepsiyasından "qonşu market" modelinə keçid edib. Bununla yanaşı, tədarük zəncirinin keyfiyyətli idarə olunması üçün mərkəzi anbar sistemindən başlayaraq, istehsalçılarda keyfiyyət standartlarının tətbiqinədək bir sıra mühüm və məzmunlu layihələr həyata keçirilib. Eyni zamanda şirkət 2024-cü ilin göstəricilərinə görə pərakəndə sektorunda vergi ödəyiciləri arasında sıralamada 2-ci yerdədir.
2016-cı ildən fəaliyyət göstərən "OBA Market" MMC hazırda 1 600-dən çox marketi və 10 000-ə yaxın əməkdaşı ilə günlük 700 minə yaxın müştəriyə keyfiyyətli və qənaətli məhsulları ilə məmnunluqla xidmət göstərməkdən qürur duyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















