Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 598,8 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.
Son 1 ildə muxtar respublikada əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 2,7 % artaraq 1 270 manat olub.
Sənaye istehsalı 4 %-ə yaxın artıb
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 209,5 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.
5 ay ərzində muxtar respublikanın sənaye sektorunda 171,1 milyon manatlıq mal istehsal olunub, 36,4 milyon manatlıq xidmət göstərilib.
Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 78,4 %-i emal, 19,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 32 %-ə yaxın artıb
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 55,7 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,5 % çoxdur.
5 ay ərzində investisiya qoyuluşunun 34,9 milyon manatı və yaxud 62,6 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 6,7 % çoxdur.
Kənd təsərrüfatı istehsalı 2 %-ə yaxın artıb
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 86,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.
5 ay ərzində muxtar respublikanın aqrar sektorunda 8,6 milyon manatlıq bitkiçilik məhsulları, 78 milyon manatlıq heyvandarlıq məhsulları istehsal olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
46 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























