UBS hesabatı: Dollar milyonçularının ən çox artdığı ölkə Türkiyədir
UBS-in "Qlobal Sərvət Hesabatı 2024" hesabatına görə, keçən il dünyada dollar milyonçuları siyahısına daha 684 min insan əlavə edilib. Ötən il milyonçuların sayında ən çox artım qeydə alınan ölkə 8,4% ilə Türkiyə olub. Hesabata görə, Türkiyədə 68 min milyonçu var.İsveçrədə yerləşən "UBS Group AG" "Qlobal Sərvət - 2024 " Hesabatını dərc edib.
Marja xəbər verir ki, dünya üzrə dollar milyonerlərin sayı 1,2 faiz (684 min nəfər) artıb. Belə ki, 2024-cü ildə qlobal miqyasda hər gün təxminən 2 min yeni dollar milyonçu ortaya çıxıb. 56 ölkənin araşdırıldığı hesabatda, dollar milyonçularının ən çox artdığı ölkə Türkiyə olub.
Hesabata görə, Türkiyədə adambaşına düşən sərvət keçən il 35 faizdən çox artıb. Ancaq real olaraq baxanda, yəni inflyasiya nəzərə alınmayanda adambaşına düşən sərvət 14,6 faiz azalıb. Dünyada milyonçuların sayındakı orta artım 1,2 faiz olduğu halda, Türkiyədə artımın 8,4 faiz olması diqqəti çəkir. Dollar milyonçularının sayı keçən il 7 min nəfər artaraq 68 minə yaxınlaşıb. Hesabatda bunun əksinə olaraq, Türkiyədə orta sərvətin keçən il təxminən 21 faiz azaldığı və gəlir bölgüsündə bərabərsizliyin artdığı qeyd edilib.
Dollar milyonçularının artım sürətinə görə ölkələrin qiymətləndirildiyi siyahıda Türkiyənin artınca 5,8% artımla Birləşmiş Ərəb Əmirlikləri, sonra Rusiya gəlir.
2029-cu ilə qədər 5 milyondan çox insanın dollar milyonçusu olacağı gözlənilir.
ABŞ 24 milyon nəfərə yaxın milyonçu ilə dünyada birinci yerdədir. İkinci yerdə olan Çində 6,3 milyon, üçüncü yerdə olan Fransada isə 3 milyona yaxın milyoner insan var.
Gəlir bərabərsizliyini ölçən Cini əmsalı baxımından ən pis ölkə Braziliya olub, onun ardınca Rusiya və Cənubi Afrika gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)






