Bir sıra kolleclərə yeni rəhbər təyin olunub
Orta ixtisas təhsili müəssisələrində kadr islahatları aparılırCari ilin ilk yarımilində orta ixtisas təhsili müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, aparılmış monitorinq və yoxlamaların nəticələri, həmçinin çalışmanın yaş həddinə çatma ilə əlaqədar bəzi rəhbər şəxslərlə əmək müqavilələrinə xitam verilib.
Marja xəbər verir ki, bu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, qeyd olunan islahatların aparıldığı müəssisələr sırasında Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Masallı Dövlət Regional Kolleci, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec, eləcə də UNEC nəzdində Sosial-İqtisadi Kollec yer alır. Hazırda adıçəkilən kolleclərin bir qismində yeni rəhbər təyinatları həyata keçirilib və bu proses mərhələli şəkildə davam etdirilir.
Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində ümumilikdə 38 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə mütəmadi olaraq monitorinq və auditlər aparılır, nəticələr əsasında zəruri tədbirlər görülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
6 saat əvvəl
"Azercell" şirkəti "Turkcell Azərbaycanın mobil operatoruna satılacaq" iddialarına cavab verdi
-
6 saat əvvəl
Bahar Residence-də “Bakı mədəni kodu: ev, şəhər və insan” mövzusunda intellektual görüş keçirilib
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Bank of Baku" "UiPath" ilə proseslərin robotlaşdırılmasına başlayır
-
9 saat əvvəl
Bakıda inşa edilə nəhəng yaşayış kompleksində "Rahat Gourmet" açılıb
-
9 saat əvvəl
Azərbaycanın telekommunikasiya şirkətinin kapitalı böyük məbləğdə azaldılıb
-
10 saat əvvəl
Xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
"CEO artıq yalnız menecer deyil, şirkətin əsas kommunikasiya kanalıdır" - MÜSAHİBƏ
-
11 saat əvvəl
İlk 2 ayda pərakəndə ticarət şəbəkəsində satışların məbləği 10 milyard manatı aşıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Azercell" şirkəti "Turkcell Azərbaycanın mobil operatoruna satılacaq" iddialarına cavab verdi
Bahar Residence-də “Bakı mədəni kodu: ev, şəhər və insan” mövzusunda intellektual görüş keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda inşa edilə nəhəng yaşayış kompleksində "Rahat Gourmet" açılıb
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Ən çox oxunanlar
"UniCredit"dən "Commerzbank"a 35 milyard avroluq təklif
"Qlobal iqtisadiyyatdakı son proseslər nəzərə alınacaq, yenilənmiş makroiqtisadi proqnozlar təqdim ediləcək"

























