ABŞ və AB razılığa gəldilər
Aylarla gərgin münasibətlərdən sonra ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Leyen 27 iyul bazar günü ticarət razılaşması əldə etdilər.
Marja.az xəbər verir ki, siyasətçilərin bildirdiyinə görə, ABŞ-a idxal olunan demək olar ki, bütün Avropa Birliyi (AB) mallarına, o cümlədən avtomobillərə 15 faiz səviyyəsində gömrü rüsumlar tətbiq ediləcək. ABŞ malları isə AB ölkələrinə "sıfır tarif" ilə, yəni rüsum olmadan idxal ediləcək.
Eyni zamanda aydınlaşdırıb ki, bu razılaşma ABŞ-a idxal olunan polad və alüminiumun 50 faizlik tariflərinə şamil edilmir, prezidentin sözlərinə görə, bu, dünyanın bütün ölkələri üçün qüvvədə qalır.
Avropa Birliyi ABŞ-dan enerji və silah alacaq
Trampın sözlərinə görə, razılaşmanın digər komponentlərinə Avropa ölkələrinin ABŞ-a milyardlarla dollar investisiya yatırmaları, həmçinin onların Amerika enerji resursları və silahlarını alması daxildir.
"Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində enerji almağa razıdır. Onlar ABŞ-a artıq sərmayə qoyduqlarından 600 milyard dollar daha çox sərmayə qoymağa hazırdırlar. Və əhəmiyyətli miqdarda hərbi texnika almağa razıdırlar", - o deyib.
ABŞ prezidenti qeyd edib ki, o, hazırda sözügedən silahların miqdarını bilmir, lakin bu, “yüz milyardlarla dollarlıq hərbi texnika” olacaq.
O əlavə edib ki, "bu, indiyə qədər əldə edilən ən böyük sövdələşmədir" və bu, ABŞ və AB-ni bir-birinə çox yaxınlaşdıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
33 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 36 d. əvvəl
-
45 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
48 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir























