Trampın gömrük rüsumlarının qlobal iqtisadiyyata mümkün zərəri hesablanıb
"Bloomberg Economics" hesab edir ki, 2027-ci ilə qədər qlobal iqtisadiyyat ABŞ prezidenti Donald Trampın gömrük tarifləri səbəbindən 2 trilyon dollar itirə bilər. Lakin uzunmüddətli perspektivdə zərərin bir hissəsi istehsal zəncirlərinin yenidən qurulması ilə kompensasiya ediləcəkdir."Bloomberg Economics" hesab edir ki, 2027-ci ilə qədər qlobal iqtisadiyyat ABŞ prezidenti Donald Trampın tarifləri (gömrük rüsumları və ya gömrük vergiləri) tətbiq etməsi səbəbindən 2 trilyon dollar itirə bilər.
Oxford Economics-in baş iqtisadçısı Daniel Harenberq, "Son nəticədə tariflər qorxulduğu qədər yüksək olmaya bilər. Amma mahiyyət etibarı ilə bu, qlobal ticarət mexanizmlərini məhdudlaşdıran bir vergidir" deyib. O, bu cür siyasətlərin investisiyalara zərər verdiyini də qeyd edib.
Bloomberg yazır ki, ABŞ-da tariflərin səviyyəsi hazırda 1930-cu illərdən bəri ən yüksək səviyyədədir və Trampın prezidentliyinin əvvəlindən təxminən altı dəfə çoxdur. Agentliyin iqtisadçıları ABŞ-ın orta tarifini keçən ilki 2,5% ilə müqayisədə 13,5% səviyyəsində qiymətləndirirlər. Avropa Birliyi ilə tarif sazişi bağlandıqdan sonra bu rəqəm 16%-ə yüksələcək.
Aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp dünyanın onlarla ölkəsi üçün gömrük tarifləri elan etdi. Lakin vergilər dərhal tətbiq edilmədi və danışıqlar üçün vaxt verildi - son müddət avqustun 1-də başa çatır.
Bəzi ölkələr tarif razılaşmalarına nail ola biliblər. Əvvəlki gün, iyulun 27-də Avropa İttifaqı ilə razılaşma elan edilib. Avropa məhsulları üçün 30% əvəzinə 15% baza tarifi nəzərdə tutulur, Avropa isə ABŞ-a 600 milyard dollar investisiya qoymalı və onlardan 750 milyard dollar enerji almalıdır.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen 15%-lik tarifi əldə edilə biləcək “ən yaxşı” variant adlandırıb. Eyni zamanda, bu tarifin belə Avropa iqtisadiyyatına ziyan vuracağını qeyd edib. Almaniya avtomobil və digər malların böyük ixracatçısı olduğu üçün ilk növbədə Almaniya iqtisadiyyatı zərər çəkəcək.
Almaniyanın Kiel İnstitutunun iqtisadçıları ölkədə istehsalın azalmasının 15%-ə çata biləcəyini hesablayıblar. İqtisadçılar qeyd ediblər ki, bütövlükdə Avropa İttifaqında bu rəqəm 11%-ə çata bilər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















