Bank “BTB”də yeni təyinat
Bank “BTB” ASC-də Risklərin idarə edilməsi departamentinə rəhbər təyin olub.Bank BTB yeni kadr təyinatı haqqında məlumatı paylaşıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Emin Bədirxanov Bankın Risklərin idarə edilməsi departamentinə direktor vəzifəsinə təyin olunub.
O, bankın kreditlərə nəzərət və anderraytinq, daxili nəzarət və risklərin təhlilinə rəhbərlik edəcək. Emin Bədirxanovun rəhbərliyi altında Risklərin idarə olunmasında innovativ həllərin, müasir texnologiyaların, qabaqcıl metodların və məlumat əsaslı yanaşmaların praktiki tətbiqi ilə risklərin daha effektiv şəkildə proqnozlaşdırılması, monitorinqi və cavablandırılması hədəflənir.
Emin Bədirxanov Bank karyerasına Almaniyada, Sparda-Bankda başlayıb, daha sonra Azərbaycanda “Parabank”-da Keyfiyyətə Nəzarət Şöbəsinin rəhbəri kimi davam edib. “Nikoyl Bank”, “Expressbank”, “Bank Avrasiya”-da Risklərin idarə olunması sahəsində rəhbər vəzifələrdə çalışıb. 2025-ci ilin iyul ayından etibarən Bank “BTB”-nin əmək kollektivi sıralarına qatılıb. Qeyd edək ki, Emin Bədirxanov Almaniyanın BTU (Branderburgische Technische Universitat Cottbus Germany) universitetinin magistridir. Bir çox yerli və xarici təlimlərdə iştirak edərək nüfuzlu sertifikatlarla təltif edilib.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 15 d. əvvəl
- 45 d. əvvəl
- 49 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb




























