Azərbaycanda inflyasiya yavaşlayıb
İyul ayında Azərbaycanda illik inflyasiyanın artım tempi 6 faizdən 5 faizə düşüb. İyun ayında da illik inflyasiya yavaşlamış, qiymətlərin artım tempi 6,3%-dən 6 faizə düşmüşdü.Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb.
Qeyd edilib ki, 2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nisbətən 5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,2 faiz, qeyri-qida məhsulları üzrə 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyun ayına nisbətən 6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7 faiz, qeyri-qida məhsulları üzrə 2,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,2 faiz artmışdı.
2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz azalıb (deflyasiya), yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artıb.
2025-ci ilin iyul ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz azalıb, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artıb.
Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, albalının, gilasın, əriyin, göyərtinin, şokolad məmulatlarının, ucuzlaşma isə yumurtanın, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2025-ci ilin iyul ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz yüksəlib. İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma yuyucu və təmizləyici vasitələrin, şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə parketin, ortopedik döşəklərin və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2025-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artıb. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən stomatoloji xidmətlərin, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin, istirahət turlarının, mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
18 d. əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
39 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
4 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
5 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Ən çox oxunanlar
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























