"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş “Quba ABAD Factory” İstehsalat Kompleksi" və "Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi" layihələrini dəstəkləməyə davam edir.
“ABAD” (Ailə Biznesinə Asan Dəstək) 23 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Qurumun yaradılmasında məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
“ABAD” özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir, regional mərkəzlər vasitəsilə dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində təmsil olunan ailə bizneslərinə dəstək layihələrini həyata keçirir. “İdeyadan rəflərə” yanaşması ilə sahibkarlara istehsal olunan məhsulların satışının təşkili, həmçinin istehsal avadanlıqlarından istifadə imkanı, marketinq, brendinq və dizayn dəstəyi, mühasibatlıq və hüquqi yardım, loqistika xidmətləri kimi müxtəlif istiqamətlərdə dəstək göstərilir, müvafiq təlimlər təşkil olunur. Bu xidmətlər sahibkarların daha geniş bazarlara çıxışına və istehsalın səmərəliliyinin artırılmasına yönəldilib.
“PAŞA Holding”in dəstəyi ilə “ABAD” tərəfindən icra edilmiş ən iri layihələr “Quba ABAD Factory” İstehsalat Kompleksi və “Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi”dir.
2018-ci il oktyabrın 11-də açılışı baş tutan “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilib. Uzun illər istismar nəticəsində yararsız vəziyyətə düşmüş binada “PAŞA Holding”in dəstəyi ilə əsaslı təmir-bərpa işləri həyata keçirilib və müasir avadanlıqlarla təchiz olunub. Hazırda kompleks 5 istehsal sahəsi ilə “ABAD”çıların xidmətindədir:
* Meyvə qurutma
* Süd emalı məhsulları
* Ət emalı məhsulları
* Qənnadı məmulatları
* Meyvə və tərəvəzlərin emalı məhsulları
Bundan əlavə, Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi Azərbaycanın tarixi keramika ənənələrinin qorunması, ölkənin qeyri-maddi milli-mədəni irsi olan əl işi sənəti növlərinin yaşadılması, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılması məqsədilə fəaliyyət göstərir. Müəssisədə keramika sənətindən başqa xalçaçılıq və digər sənətkarlıq növləri üzrə təlimlər keçirilir. Mərkəz bir neçə beynəlxalq tədbirlərə, o cümlədən Beynəlxalq Keramika Simpoziumuna ev sahibliyi edib.
“PAŞA Holding olaraq inanırıq ki, ABAD kimi təşəbbüslər vasitəsilə kiçik və orta bizneslərin dəstəklənməsi dayanıqlı iqtisadi artımın təşviqi, cəmiyyət üçün uzunmüddətli təsirin yaradılması və mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir,” – PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov vurğulayıb.
Qeyd edək ki, indiyədək “ABAD” vasitəsilə ümumilikdə 672 ailə təsərrüfatına dəstək göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 6 gün sonra
-
-
5 saat əvvəl
Birmarket-dən alışlar 2 dəfə artıb, bu il 1 milyondan artıq sifariş həyata keçirilib
-
5 saat əvvəl
Nazirlər Kabineti sahibkarlıq subyektləri barədə qərarında dəyişiklik edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Birmarket təkcə platforma ilə deyil, insanları ilə də ticarətçinin yanındadır
-
6 saat əvvəl
Polad canlananda: “Baku Steel Art 2025” sərgisi Bakıda açıldı - FOTOLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda 5 bankın 9 aylıq faiz gəlirləri 185 milyon manatdan çoxdur
-
7 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondu 4 investisiya layihəsinə pul ayırıb - ADLARI
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Birmarket-dən alışlar 2 dəfə artıb, bu il 1 milyondan artıq sifariş həyata keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı
"Pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq"
"Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir"
"Yaxın gələcəkdə bir çox Azərbaycan şirkəti dünya səviyyəli hərbi təyinatlı məhsullar istehsal edəcək"
İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edib - YENİLƏNİB
Noyabrın 4-də gözlənilən hava şəraiti














.jpg)








.jpg)




