Xəzər Universitetinə rektor təyin edilib
Raziyə (Razia) İsayeva Xəzər Universitetinin rektoru təyin edilib.
Bu barədə Marja.az Universitetə istindən xəbər verir.
O, bundan əvvəl universitetin İqtisadiyyat və Menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.
Raziyə İsayeva həm bakalavr, həm də magistr təhsilini Xəzər Universitetində alıb.
Bildirək ki, Xəzər Universitetinin təsisçisi və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlıdır.
"Yeni təyinat – qürur duyduğumuz məzunumuz! Bugün Xəzər Universitetinin Elmi Şurasında Dr. Razia İsayeva Universitetinin rektoru təyin olundu. Bu təyinatdan əvvəl o, universitetin İqtisadiyyat və Menecment fakültəsinin dekanı kimi uğurla fəaliyyət göstərirdi. Razia İsayeva həm bakalavr, həm də magistr təhsilini Xəzər Universitetində almış, Corc Vaşinqton Universitetində "Layihələrin idarə olunması" üzrə magistr dərəcəsini qazanmış, 2024-cü ildə isə Finlandiyanın Lapland Universitetində fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə etmişdir. Erasmus+ proqramı çərçivəsində beynəlxalq layihələrin müəllifi və rəhbəri kimi tanınır, təhsil, sənaye və insan resurslarının idarə olunması sahəsində zəngin təcrübəyə malikdir. Xəzər Universitetinin məzunlarının uğurlu karyeralarını izləmək bizi hər zaman çox qürurlandırır. Xəzər Universiteti Karyera və Məzunlar Mərkəzi adından Dr. Raziya Isayevanı yeni vəzifəsində ürəkdən təbrik edir, ona uğurlar arzulayırıq!", - Universitetin yaydığı məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























