Azərbaycanda ən çox sürülən avtomobillər - YENİ SİYAHI
2024-cü ildə Azərbaycanda dövlət qeydiyyatında olan minik avtomobillərinin sayı 83 min 308 ədəd artaraq 31 dekabr 2024-cü il tarixində 1 milyon 585 min 265 ədədə çatıb.
Marja.az Dövlət Statistika Komitəsinin "Minik avtomobillərinin markalarına görə bölgüsü" hesabatına istinadən xəbər verir ki, Azərbaycanda ən çox Vaz (2101, 03-06, 2105, 2107, 2108, 2109, 2121, 2102, 2104), Mercedes, Hyundai, Toyota, KIA, Opel, Chevrolet, GAZ, Nissan və BMW markasının modelləri sürülür.
2024-cü ilin sonunda Azərbaycanda 401 min 66 ədəd VAZ, 220 min 242 ədəd Mercesdes, 142 min 814 ədəd Hyundai, 115 min 151 ədəd Toyota, 97 min 753 ədəd KİA, 72 min 44 ədəd Opel, 54 min 73 ədəd Chevrolet, 50 min 852 ədəd GAZ, 48 min 475 ədəd Nissan, 44 min 584 ədəd BMW markalı minik avtomobili dövlət qeydiyyatında olub.
Azərbaycanda Çin istehsalı olan avtomobillər də artmaqdadır. Məsələn, ötən il BYD modellərinin sayı 4 dəfə və ya 3 min 72 ədəd artaraq 31 dekabr 2024-cü il tarixində 4 min 83 ədədə (2023-cü ilin sonunda 1011 ədəd), Changan modellərinin sayı 1,8 dəfədən çox və ya 4 min 86 ədəd artaraq 8 min 950 ədədə (2023-cü ilin sonunda 4 min 864 ədəd), HAVAL modellərinin sayı 558 ədəd artaraq 2 min 655 ədədə (2023-cü ilin sonunda 2 min 97 ədəd), Geely modellərinin sayı 428 ədəd artaraq 2 min 482 ədədə (2023-cü ilin sonunda 2054 ədəd), BAİC modellərinin sayı 386 ədəd 1842 ədədə (2023-cü ilin sonunda 1456 ədəd), Chery modellərinin sayı 242 ədəd artaraq 3 min 95 ədədə (2023-cü ilin sonunda 2 min 853 ədəd), GAC modellərinin sayı 229 ədəd artaraq 549 ədədə (2023-cü ilin sonunda 320 ədəd) çatıb.
Qeyd edək ki, Azərbaycanda 2024-cü illə müqayisədə 2025-ci ildə Çin istehsalı olan minik avtomobillərinin sayı daha sürətlə artıb.
Minik avtomobillərinin markalarına görə bölgüsü, ədəd
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər






.jpg)
.jpg)




.jpg)






