Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikintisi işlərinin gələn il tamamlanması nəzərdə tutulur.
Bunu Abşeron Logistika Terminalında Çinin Cijang əyalətindən göndərilən növbəti blok qatarın qəbuluna həsr olunmuş tədbirdə çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev deyib.
Nazirlik rəsmisi bildirib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində böyük uğur əldə olunub. Dəhliz Azərbaycanın nəqliyyat sisteminin mühüm halqasına çevrilərək, həm şərq–qərb, həm də şimal–cənub istiqamətlərində tranzit daşımalarının artırılmasına imkan verəcək. Azərbaycan ərazisində dəhlizin tikinti işlərinin gələn il tamamlanması nəzərdə tutulur.
Onun sözlərinə görə, paralel olaraq Türkiyədə də bu istiqamətdə layihələr icra olunur: “Qars–Dilucu xəttinin 224 km-lik hissəsinin təməli qoyulub və yaxın 4 ildə tam başa çatdırılacaq. Zəngəzur dəhlizinin istismara verilməsi ilə Orta Dəhliz üzrə illik əlavə 15 milyon ton yükdaşımaya nail olunacaq”.
Nazirlik rəsmisi əlavə edib ki, ötən il Çindən Avropa istiqamətinə 358 blok qatar yola salınıb, bu isə Azərbaycanın tranzit imkanlarının artdığını və ölkədə aparılan infrastruktur islahatlarının real nəticələr verdiyini göstərir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 4 d. əvvəl
-
- 6 d. əvvəl
- 15 d. əvvəl
-
29 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti






























