Aparıcı maliyyə qurumu Bank Respublika-ya 25 milyon manat kredit ayıracaq
Bank Respublika və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıb. Bank, Bank Respublika-ya 25 milyon manat məbləğində kredit ayıracaq.Azərbaycanın maliyyə sektorunda mühüm yer tutan və real sektorun inkişafına davamlı dəstək göstərən aparıcı maliyyə institutlarından biri olan Bank Respublika ilə regionun nüfuzlu beynəlxalq maliyyə qurumlarından olan Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) arasında yeni maliyyə sazişi imzalanıb.
Marja xəbər verir ki, Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Banka 3 il müddətinə 25 milyon manat məbləğində kredit ayıracaq və vəsait milli valyutada təqdim ediləcək.
““Milli valyutada kreditləşmə kiçik və orta sahibkarlığın dəstəklənməsinin ən səmərəli yollarından biridir. Bu, sahibkarlara valyuta risklərinin yükü olmadan davamlı və inamlı şəkildə böyüməyə imkan yaradır. Bank Respublika ilə bu əməkdaşlıq yalnız tərəfdaşlığımızda yeni mərhələ deyil, həm də Azərbaycanın qeyri-neft iqtisadiyyatının gücləndirilməsi istiqamətində strateji addımdır. Birlikdə biz sahibkarlar üçün daha geniş imkanlar yaradır, innovasiyaları dəstəkləyir və uzunmüddətli iqtisadi dayanıqlığa töhfə veririk. BSTDB, ölkə üzrə dayanıqlı inkişaf və rifahı təşviq etməkdə Bank Respublika ilə yanaşı addımlamaqdan qürur duyur.”– deyə BSTDB prezidenti Dr. Serhat Köksal bildirib.
“Bu vəsait “Bank Respublika”nın ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın (KOB) maliyyə imkanlarını genişləndirməklə onların dayanıqlı inkişafına, qeyri-neft sektorunun gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və yeni biznes təşəbbüslərinin dəstəklənməsinə xidmət edəcək. “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır. Biz Qara Dəniz Ticarət və İnkişaf Bankına əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlb olunan vəsaitlər real sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın kredit dəstəyini gücləndirməyə və bununla da ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.” - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
3 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
5 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
8 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
10 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 18 d. əvvəl
- 20 d. əvvəl
- 29 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir


























