Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Holding”in təşkilatçılığı ilə "INMerge" İnvestisiya Forumu keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Holding”in təşkilatçılığı ilə "INMerge" İnvestisiya Forumu keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnvestisiya Forumu qlobal özəl kapital liderlərini bir araya gətirib.

“PAŞA Holding” və Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) tərəfindən birgə təşkil olunan ilk “INMerge İnvestisiya Forum”u 28 sentyabr tarixində Bakıda uğurla keçirilib və bununla da, Mərkəzi Avrasiya ilə Yaxın Şərqdə sərhədlərarası investisiya dialoqu üçün yeni platforma yaranıb.

Forumda 18 ölkədən 90-dan çox təşkilatı təmsil edən 160-dan artıq iştirakçı ümumilikdə 4 trilyon ABŞ dolları dəyərində idarə olunan aktivlərlə (AUM) bir araya gəlib. İştirakçılar arasında aparıcı məhdud tərəfdaşlar, ümumi tərəfdaşlar, eləcə də, "CCA", "CEE", "GCC" və "SEA" regionlarından olan siyasətçilər yer alıb.

Yüksək təsirli və diqqətlə seçilmiş proqrama uyğun keçirilən forumun məqsədi regionun qlobal özəl kapital bazarındakı rolunu gücləndirmək və Azərbaycanın etibarlı qapı kimi rolunu möhkəmləndirməkdir.

Gündəliyin əsas mövzuları:

Qlobal investisiya meyillərində Mərkəzi Avrasiyanın rolu;

Məhdud tərəfdaşlara dair mandatının transformasiyası – ənənəvi aktivlərdən alternativlərə keçid;

Yüksək nəticə göstərən fondun qurulmasından öyrənilən dərslər.

Forumun tərəfdaşları sırasında Azərbaycan İnvestisiya Holdinqi (AIH), İslam İnkişaf Bankı (IDB), "PASHA Investments" və "Tenity" yer alıb.

Forum Bakının aparıcı investisiya tədbirləri məkanı kimi mövqelənməsi üçün zəmin yaradıb. Bu baxımdan, forumun gələcəkdə daha geniş miqyasda inkişaf etdirilməsi planlaşdırılır.

29.09.2025 08:29
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar