Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın sentyabr sayını təqdim edib.

Marja xəbər verir ki, icmala əsasən, 2025-ci ilin yanvar-avqust aylarındaAzərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10.3% artaraq 2,4 milyardABŞ dolları təşkil edib. Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 22,9% artaraq 774,2 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin səkkiz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən  58,2%, meyvə-tərəvəz 32,2%, kimya sənayesi məhsulları 24,3%,  pambıq iplik 16,3%, çay 2,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2% artıb.

2025-ci ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 28,2% artaraq 614,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7% artaraq 209,5 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3% artaraq 823,9 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (210,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (157,2 milyon ABŞ dolları) ikinci, pambıq lifi (124,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

İş elanları AzVak.az-da

2025-ci ilin avqust ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı  (33 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (32 milyon ABŞ dolları) ikinci, pambıq lifi (16,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin səkkiz ayında Rusiya Federasiyasına 814,1 milyon ABŞ dolları, Türkiyəyə 394,5 milyon ABŞ dolları, İsveçrəyə 220,2 milyon ABŞ dolları, Gürcüstana 216,4 milyon ABŞ dolları,  Ukraynaya isə 131,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin avqust ayında Rusiya Federasiyasına 97,4 milyon ABŞ dolları, Türkiyəyə 54,8 milyon ABŞ dolları, İsveçrəyə 33,6 milyon ABŞ dolları, Gürcüstana 32,9 milyon ABŞ dolları,  Ukraynaya isə 21,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

30.09.2025 10:03
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18