Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
İnvestorlar ABŞ əmək bazarı ilə bağlı özəl təşkilatlar tərəfindən dərc olunan məlumatları qiymətləndirir və hökumətin bağlanmasının (şatdaun) mümkün nəticələrini, həmçinin Federal Ehtiyatlar Sisteminin (FED) pul-kredit siyasətini daha da yumşaltmaq perspektivlərini dəyərləndirməyə çalışırlar. Bunun fonunda, ötən gün ərzində dollar major valyutalar qarşısında bahalaşdı. Dolların qiymətinin artması ilə qızıl tarixi maksimum səviyyəsini yenilədikdən sonra kəskin şəkildə gerilədi.
Cümə axşamı günü EUR/USD valyuta cütlüyü 1.17580 səviyyəsindən 1.16830 səviyyəsinə qədər ucuzlaşdı. Lakin, bu gün səhər saatlarında itirdiyi mövqeləri qismən bərpa edərək məzənnə 1.17290 səviyyəsinə kimi yüksəldi.
Dünən qızılın bir unsiya üçün spot qiyməti 3896$-ın üzərinə yüksəlib və rekord həddi yeniləyib. Lakin, sonra dəyərli metal 3819$-a qədər ucuzlaşıb. Hazırda sarı metal bir qədər bahalaşdıqdan sonra 3855$-a ticarət olunur.
Ötən gün “Brent” markalı neftin bir barel üçün qiyməti 64.40$-a kimi enib. Bu 5 iyun 2025-ci il tarixindən bəri ən aşağı nəticədir.
ABŞ-ın Əmək Nazirliyi Federal hökumətin işinin dayandırılması səbəbilə statistik hesabatları dərc etməyəcək. Beləliklə, ölkənin əmək bazarının vəziyyəti ilə bağlı sentyabr məlumatları (3 oktyabrda dərc olunmalı idi) açıqlanmayacaq. Həmçinin, cümə axşamı işsizlik müavinəti üçün ilk dəfə müraciət edən vətəndaşların sayına dair həftəlik məlumatlar da dərc olunmadı. Qeyd etmək lazımdır ki, Federal Ehtiyatlar Sisteminin rəhbərləri faiz dərəcələri ilə bağlı qərar verərkən məşğulluq göstəricilərinə əsaslanırlar.
Dünən dərc olunan məlumatlara əsasən, avqust ayında Avrozonada İşsizlik Səviyyəsi 6.2%-dən 6.3%-də qədər yüksəlib. Həmçinin, Yaponiyanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) 53.1 bənddən 53.3 bəndədək artıb, İsveçrədə isə sentyabr ayı üzrə İstehlak Qiymətləri İndeksi aylıq ifadədə -0.2%-a qədər geriləyib.
Bu gün Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da dərc olunacaq xidmət sektoru üzrə PMI göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Eləcə də, Avropa Mərkəzi Bank (ECB) sədri Kristin Laqardın və İngiltərə Bankının (BoE) rəhbəri Endryu Beylinin baş tutacaq çıxışları bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
6 d. əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 12 d. əvvəl
-
59 d. əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
1 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
1 saat əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
Ən çox oxunanlar
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb






















