Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
(®) Azər Türk Bank 29 sentyabr – 3 oktyabr tarixlərində Frankfurt şəhərində keçirilən və dünyanın ən böyük maliyyə xidmətləri konfransı hesab olunan Sibos 2025 forumunda iştirak edib.
Bu il tədbirə dünyanın nüfuzlu bankları, fintex şirkətləri və maliyyə institutlarının nümayəndələri daxil olmaqla 12,5 mindən çox iştirakçı qatılaraq rekord göstərici əldə olunub.
Sibos dünya bank sektorunun gələcək gündəliyinin formalaşması və təcrübə mübadiləsi üçün unikal platformadır. Forum çərçivəsində Bankın əməkdaşları qlobal və regional tərəfdaşlarla görüşlər keçirərək, beynəlxalq hesablaşmaların inkişafı, müxbir münasibətlərin genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və dayanıqlı maliyyələşdirmə məsələlərini müzakirə ediblər.
Azər Türk Bankın bu nüfuzlu forumda iştirakı qlobal maliyyə icması ilə açıq dialoqa və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqinə sadiqliyini göstərir. Bununla yeni əməkdaşlıq imkanları açılır və strateji kursun əsas istiqamətlərindən biri olan Bankın beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
3 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
5 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
8 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
10 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 18 d. əvvəl
- 20 d. əvvəl
- 29 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir


























