BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı
Azərbaycan Prezidenti İlham Əliyevin "Regionların Sosial İqtisadi İnkişafı proqramı" və "Regionlarda Sahibkarlığın İnkişafı Proqramı" fonunda BOKT "Caspian İnvest" MMC ailəsi də satış nöqtələrini genişləndirərək regionlarda sahibkarlara, kənd təsərrüfatına biznes kreditlərinin verilməsi prosesini daha da əlçatan etmək üçün növbəti filialını Qazaxda açıb.
BOKT Mərkəzi Bankın 28.09.2004-cü il tarixində təqdim etdiyi 164-QB nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
BOKT “Caspian İnvest” MMC müştəri məmnuniyyətinin təmin olunmasına və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə daim xüsusi önəm verir. Şirkət hazırda "Sima imza" vasitəsi ilə kreditlərin imzalanması fəaliyyətinə başlamışdır ki, bu da müştərilərin daha loyal, rahat, çevik kredit əldə etməsi deməkdir.
Həmçinin BOKT özünün rəsmi mobil tətbiqi olan "Cash10" vasitəsi ilə müştərilərə öz kredit tarixçələrini izləmələrinə, kredit müraciətləri etməsinə və kredit müqavilələrini "Cash10" üzərindən "Sima İmza" vasitəsi ilə imzalamasına şərait yaratmışdır.Bu istiqamətdə görülən işlərin əyani nəticəsi olaraq, son 2 ildən az bir müddət ərzində 30.000-dən artıq müştəriyə xidmət göstərilmişdir.
BOKT “Caspian İnvest” MMC daim müstəri məmnunluğunu təmin etməyə və xidmət keyfiyyətini artırmağa böyük diqqət ayırır. BOKT “Caspian İnvest” MMC tərəfindən təmin olunan məhsul növlərinə biznes kreditləri, lizinq, istehlak kreditləri və qızıl təminatlı kreditlər daxildir.
BOKT “Caspian İnvest” MMC öz dayanıqlı inkişaf strategiyasına sadiq qalaraq, gələcəkdə də müştərilərə innovativ və keyfiyyətli maliyyə həlləri təqdim etməyi qarşısına məqsəd qoyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 2 d. əvvəl
-
- 11 d. əvvəl
-
25 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq




























