Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasına sədrlik Azərbaycana keçdiAvrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasına (ACIPE) sədrlik Azərbaycana keçib. 29-30 sentyabr 2025-ci il tarixində ACIPE-nin Türkiyənin İstanbul şəhərində keçirilən Ümumi Yığıncağında Azərbaycan Kredit Bürosunun Baş Direktoru Elçin Həbibov Assosiasiyanın Sədri seçilib.
Bu barədə Marja-ya Azərbaycan Kredit Bürosundan bildirilib.
Qeyd edilib ki, ACIPE, kredit hesabatlılığı sahəsində əməkdaşlıq üçün yaradılmış, 11 ölkənin 14 kredit bürosunu və iki beynəlxalq assosiativ üzvü özündə birləşdirən aparıcı beynəlxalq təşkilatdır.
Elçin Həbibov 2018-ci ildən etibarən Azərbaycan Kredit Bürosunun (AKB) Baş direktoru vəzifəsində çalışır. Ötən müddət ərzində AKB regionun dinamik inkişaf edən kredit bürolarından birinə çevrilmiş, məlumat təchizatı ilə yanaşı maliyyə institutlarına və istehlakçılara 40-dan çox rəqəmsal xidməti təqdim edir.
Elçin Həbibov kredit hesabatlılığı sahəsində 20 ildən çox təcrübəyə malikdir. O, Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Mərkəzləşdirilmiş Kredit Reyestrinə rəhbərlik etmişdir. Karyerası ərzində Dünya Bankı, IFC, SECO, Avropa İttifaqı və GIZ kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş, maliyyə inklüzivliyinin genişləndirilməsinə yönəlmiş təşəbbüslərə rəhbərlik etmişdir. O, Azərbaycanın Dünya Bankının “Doing Business 2020 – Getting Credit” indeksində dünya üzrə 1-ci yeri tutmasına töhfə vermiş, habelə kredit büroları, skorinq və daşınar əmlakın yüklülüyü üzrə reyestrlərin qurulması ilə bağlı layihələrdə beynəlxalq ekspert kimi çıxış etmişdir.
ACIPE-dəki yeni vəzifəsində Elçin Həbibov regional əməkdaşlığın daha da gücləndirilməsinə, təşkilatın əhatə dairəsinin genişləndirilməsinə, kredit məlumatı təchizatçıları arasında bilik və təcrübə mübadiləsinin təşviqinə, həmçinin innovasiyalar və müasir yanaşmalar vasitəsilə maliyyə sektorunun inkişafına dəstək verəcəkdir.
Əsası 17 aprel 2018-ci il tarixində Bakı şəhərində qoyulmuş ACIPE-nin mərkəzi ofisi Qazaxıstan Respublikasının Almatı şəhərində yerləşir. Təşkilatın yaradılmasında əsas məqsəd Avrasiya regionunda müxtəlif ölkələrin kredit büroları ilə əlaqələrin qurulması, yeni məhsul və xidmət çeşidləri barədə təcrübə mübadiləsinin aparılması və kredit hesabatlılığı üzrə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir.
Xatırladaq ki, Azərbaycan Kredit Bürosu 2018-ci ildə 8 bankın təsisçiliyi ilə yaradılmışdır və hal-hazırda 280-dən artıq təşkilatla əməkdaşlıq edir. AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır.
Bununla yanaşı, məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında onlara təqdim edir. Əlavə olaraq, skorinq, bençmark və portfel analizləri, back testinq və digər analitik xidmətlərin göstərilməsi ilə maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin minimallaşdırılmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
9 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
10 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı


















.jpg)

.jpg)
