PashaPay “Bakı Fintex Forumu 2025”də platinum sponsor qismində iştirak edib
Hazırda PashaPay 4 milyondan çox istifadəçiyə xidmət göstərir.Azərbaycanın aparıcı fintex şirkətlərindən biri və Bir ekosisteminin üzvü olan PashaPay, 9 oktyabr 2025-ci il tarixində keçirilən “Bakı Fintex Forumu 2025” tədbirində platinum sponsor qismində iştirak edib.
Forum Azərbaycan Fintex Assosiasiyasının (AzFina) təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə baş tutub. Tədbirin əsas məqsədi fintex sektorunda beynəlxalq əməkdaşlığın gücləndirilməsi və rəqəmsal maliyyə xidmətlərinin inkişafına dəstək vermək olub.
PashaPay-ın baş icraçı direktoru Samir Məmmədov forumun açılış panelində çıxış edərək, fintexlərin Azərbaycan iqtisadiyyatının gələcəyindəki mühüm rolunu vurğulayıb. O bildirib ki, fintexlər maliyyə sisteminin müasir tələblərə uyğunlaşmasına şərait yaradır, istifadəçilərə rahat və innovativ həllər təqdim etməklə yeni davranış modellərinin formalaşmasına təkan verir.
Hazırda 4 milyondan çox istifadəçiyə xidmət göstərən PashaPay-ın əsas məqsədinin nəğdsiz iqtisadiyyata keçidi sürətləndirmək olduğunu qeyd edən Samir Məmmədov, fintexlərin maliyyə inklüzivliyinin artırılmasında həlledici rol oynadığını əlavə edib.
PashaPay-ın strateji prioritetlərindən biri süni intellekt texnologiyalarının m10 və Milliön brendlərində tətbiqidir. O, çıxışında bildirib ki, müasir ödəniş tətbiqləri təkcə maliyyə aləti deyil, həm də istifadəçi dostu və həyat tərzinə uyğunlaşdırılmış platforma kimi fəaliyyət göstərməlidir.
Samir Məmmədov çıxışı zamanı Azərbaycan Fintex Assosiasiyasının ölkənin maliyyə və rəqəmsal ekosistemindəki önəmli rolunu qeyd edərək, AzFina-ya üzv şirkətlərin sayının artmasının vacibliyini vurğulayıb.
Forum çərçivəsində təşkilatçılar tərəfindən PashaPay-a “Proud Sponsor” mükafatı təqdim olunub. Bununla yanaşı, PashaPay-ın Fraud şöbəsinin müdiri Ramis Ramazanov “Fintexdə Təhlükəsizliyin Gələcəyi: Fırıldaqçılıq, Kibertəhlükəsizlik və Dayanıqlılıq” adlı panel müzakirəsinə moderatorluq edib.
Tədbirdə PashaPay-in Bir ekosistemə daxil olan m10 və Milliön brendlərini təqdim edən xüsusi stend də nümayiş olunub və forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
PashaPay haqqında
PashaPay Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və Milliön ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir

























