Xiaomi SU7 Ultra yandı, qapıları açılmadı — şirkətin səhmləri 9% ucuzlaşdı
Çinin qərbində yerləşən Çendu (Chengdu) şəhərində baş verən dəhşətli qəza Xiaomi SU7 Ultra modelinin təhlükəsizliyini yenidən gündəmə gətirib.
Marja xəbər verir ki, hadisə səhər saatlarında Tianfu prospektində baş verib. Yüksək sürətlə hərəkət edən avtomobil hərəkət zolaqlarını ayıran divara çırpıldıqdan sonra alovlanıb.
Avtomobili qısa zamanda alova bürünüb
Sosial mediada yayılan görüntülərdə avtomobilin bir neçə saniyə ərzində tamamilə alovlara qərq olduğu görünür. Hadisə şahidlərinin sözlərinə görə, ətrafdakı sürücülər köməyə qaçsalar da, qapıların açılmaması səbəbindən sürücüyə yaxınlaşmaq mümkün olmayıb.
Şüşələr qırılmayıb, qapılar açılmayıb
Şahidlər bildiriblər ki, hadisə zamanı insanlar dirsəkləri və ayaqqabıları ilə avtomobilin yan şüşələrini sındırmağa çalışıblar, lakin buna nail ola bilməyiblər. Bəzi şəxslər yanğınsöndürən balonlarla müdaxilə etməyə cəhd etsələr də, alovun yüksək istiliyi və sürətlə yayılması səbəbindən xilasetmə mümkün olmayıb.
“Qapı kilidi” mübahisəsi
Qəzanın ardından Çin sosial mediasında “qapı kilidi problemi” müzakirələrə səbəb olub. İstifadəçilər iddia ediblər ki, Xiaomi SU7 Ultra modelində toqquşmadan sonra avtomatik kilidlənmə sistemi qapıların açılmasına mane olub. Lakin bu iddialarla bağlı rəsmi təsdiq və ya təkzib hələlik verilməyib.
Xiaomi və yerli hakimiyyətdən açıqlama yoxdur
Hadisə ilə bağlı nə Xiaomi Auto, nə də Çendunun yerli hakimiyyəti rəsmi açıqlama yayıb. Qəzanın dəqiq səbəbi və avtomobilin təhlükəsizlik sistemində texniki nasazlıq olub-olmadığı aparılan araşdırmalardan sonra müəyyən ediləcək.
Səhmlər 9%-ə yaxın ucuzlaşıb
Qəza xəbəri və sosial mediada yayılan videolar Xiaomi şirkətinin bazar dəyərinə də təsir göstərib. Bazar ertəsi günü Xiaomi səhmləri 8,7%-ə qədər ucuzlaşaraq aprel ayından bəri ən aşağı səviyyəyə düşüb. Analitiklər bildirirlər ki, bu ucuzlaşma birbaşa ölümlə nəticələnən qəzanın ictimai rezonansı və brendin təhlükəsizlik reputasiyasına zərbə ilə əlaqədardır.
Hazırda hadisə ilə bağlı Çin nəqliyyat və təhlükəsizlik orqanları araşdırma aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








