Daha bir aparıcı maliyyə qurumu qızılın qiymətinin 5000 dollara çatacağını gözləyir
Fransanın aparıcı maliyyə qurumlarından biri olan Societe Generale, 2026-cı ilin sonu üçün qızılın qiyməti proqnozunu 5000 ABŞ dolları səviyyəsinə yüksəldib.
Marja xəbər verir ki, Bankın analitikləri Michael Haigh və Ben Hoff yayımladıqları qısa hesabatda bildiriblər:
“ETF-lərə daxil olan vəsaitin həcmi güclü qalır və mərkəzi bankların alışlarının davamlı olması gözlənilir. Buna görə də qızıl üçün hədəf qiymətimizi yeniləməkdə əmin və zəruri olduğumuzu düşünürük.”
Analitiklər əlavə ediblər ki, ETF-lərə vəsaitilərin daxil olması sürəti əvvəlki proqnozlardan daha yüksəkdir, buna görə də qızılın qiymətinin 2026-cı ilin sonuna qədər 1 unsiya üçün 5000 dolları keçəcəyini gözlənilir.
Bu yenilənmiş proqnoz, qlobal bazarlarda ETF və mərkəzi bank alışları ilə dəstəklənən güclü tələbin, həmçinin geosiyasi və iqtisadi qeyri-müəyyənliyin qiymətləri yüksəltməyə davam edəcəyini göstərir.
Qızılın qiyməti 4200 dollara yaxınlaşıb
Çərşənbə axşamı günü Asiya bazarlarında qızılın qiyməti uns başına 4100 dollardan yuxarı qalxaraq yeni rekord səviyyəyə çatıb. Yenidən yüksələn ABŞ-Çin gərginliyi, investorları təhlükəsiz liman aktivlərinə yönəldib. Eyni zamanda, gümüşün qiyməti də rekord səviyyəyə çatıb.
Qızıl Bakı vaxtı ilə saat 08:17-də 1,3% bahalaşma ilə 4164.80 dollara yüksəlib, gün ərzində isə 4169.66 ilə tarixi maksimuma çatıb. ABŞ qızıl fyuçersləri isə 1% artaraq 4,175.92 dollara qalxıb.
Gümüş də oxşar tendensiya göstərərək 2% artaraq unsiyası 53.47 dollara yüksəlib və yeni rekord qırıb. Platina fyuçersləri isə 1,2% artaraq 1704.55 dollara çatıb.
ABŞ-Çin ticarət gərginliyi alışları artırıb
Son bahalaşma, keçmiş ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına 10% gömrük rüsumu tətbiq etməklə hədələməsindən sonra baş verib. Bu, Çin tərəfindən elektronika və müdafiə sənayesində istifadə olunan mühüm mineralların ixracına qoyulan məhdudiyyətlərə cavab idi.
ABŞ Maliyyə naziri Scott Bessent Fox Business Network-ə açıqlamasında, Trump və Çin Prezidenti Xi Jinping arasında ayın sonuna qədər Cənubi Koreyada görüşün planlaşdırıldığını bildirib, bu da dialoq üçün ümid işarəsi yaradır.
Danışıqlar davam edir, qeyri-müəyyənlik qalır
Çin Ticarət Nazirliyi bildirib ki, ABŞ-la işçi səviyyəsində danışıqlar bu həftə davam edir, lakin eyni zamanda ABŞ tədbirlərinə qarşı “sonuna qədər mübarizə aparacaqlarını” qeyd edib.
Geosiyasi qeyri-müəyyənlik, ABŞ dollarının zəifləməsi, FED-in faizlərini aşağı salması təhlükəsiz liman aktivlərinə tələbi artırıb və nəticədə qızıl, gümüş və platin yeni rekord səviyyələrə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
38 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 41 d. əvvəl
-
50 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
53 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
























