“TuranBank” böyüyüb, gəlirləri artıb, cari ilin 9 ayını xalis mənfəətlə başa vurub
“TuranBank” ASC 2025-ci ilin yanvar–sentyabr aylarını (cari ilin 9 ayını) xalis mənfəətlə başa vurub. Gəlirlər yüksəlib, xalis mənfəət ötən ilin eyni dövründəki məbləğə yaxın olub.“TuranBank” ASC 2025-ci ilin ilk doqquz ayında (yanvar-sentyabr) fəaliyyətini mənfəətlə başa vursa da, göstəricilərdə həm gəlir artımı, həm də xərclərin yüksəlməsi və mənfəətdə cüzi azalma müşahidə olunub. Bankın aktiv və kredit portfeli böyüyüb, depozit strukturunda isə fərqli meyllər qeydə alınıb.
Faiz gəlirləri 12,7% artıb
Marja.az xəbər verir ki, “TuranBank”ın faiz gəlirləri 2025-ci ilin yanvar–sentyabr dövründə 75,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 milyon manat və ya 12,7% çoxdur (2024-cü ildə – 66,7 milyon manat).
Faiz xərcləri isə 39,4 milyon manat olub ki, bu da 3,3 milyon manat və ya 9,0% artım deməkdir (2024 – 36,1 milyon manat).
Qeyri-faiz gəlirlərində artım müşahidə olunub
Qeyri-faiz gəlirləri 2025-ci ilin doqquz ayında 17,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki 14,8 milyon manatla müqayisədə 2,5 milyon manat və ya 16,8% artımdır.
2025-ci ilin doqquz ayında qeyri-faiz xərcləri isə 31,5 milyon manat olub ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisini (28 milyon manat) 3,6 milyon manat və ya 12,7% üstələyir.
Əməliyyat gəlirləri artıb
Cəmi əməliyyat gəlirləri (faiz + qeyri-faiz gəlirləri) 2025-ci ilin yanvar–sentyabr dövründə 92,3 milyon manat olub. Bu, ötən ilin eyni dövründəki 81,4 milyon manatla müqayisədə 10,9 milyon manat və ya 13,4% artım deməkdir.
Cəmi əməliyyat xərcləri (faiz + qeyri-faiz xərcləri) isə 70,9 milyon manat təşkil edib. 2024-cü ildə bu göstərici 64,1 milyon manat idi. Nəticədə xərclərdə 6,8 milyon manat və ya 10,6% artım qeydə alınıb.
Diqqətçəkən məqam odur ki, əməliyyat gəlirlərindəki artım (13,4%) xərclərdəki artımdan (10,6%) yüksək olsa da, ehtiyatlara ayırmalar və digər amillər nəticəsində xalis mənfəətdə azalma baş verib.
Ehtiyatlara ayırmalar 28% artıb
Mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmalar 2025-ci ilin doqquz ayında 19,7 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 milyon manat və ya 28 artım deməkdir (2024 – 15,4 milyon manat).
2025-ci ilin ilk doqquz ayında "TuranBank"ın xalis mənfəəti isə 1 milyon 602 min manat olub ki, bu da ötən ilin göstəricisindən 63 min manat və ya 3,8% azdır (2024 – 1 milyon 665 min manat).
Aktivlər və kredit portfeli artıb
2025-ci ilin 30 sentyabr tarixinə “TuranBank”ın cəmi aktivləri 892,5 milyon manat təşkil edib. Bu, ilin əvvəlindən (31 dekabr 2024 – 849,8 milyon manat) 42,7 milyon manat və ya 5% artım deməkdir.
Kredit portfeli isə 710,9 milyon manata çataraq, ötən ilin sonuna nisbətən 59,1 milyon manat və ya 9,1% böyüyüb.
Kredit portfelinin strukturu:
İstehlak kreditləri – 206,1 milyon manat (2024 sonu: 156,3 milyon manat)
- Artım 49,8 milyon manat və ya 31,9%
Biznes kreditləri – 367,7 milyon manat (2024 sonu: 366,1 milyon manat)
- Artım 1,6 mln. manat və ya 0,4%
İpoteka kreditləri – 137,2 milyon manat (2024 sonu: 129,5 milyon manat)
- Artım 7,8 mln. manat və ya 6%
Fiziki şəxslərin əmanətləri artıb
“TuranBank”ın cəmi öhdəliklər 30 sentyabr 2025-ci il tarixinə 787,96 milyon manat olub ki, bu da ilin əvvəlindən 40,1 milyon manat və ya 5,4% artımdır (2024 – 747,9 milyon manat).
Depozit portfeli isə 445,4 milyon manata enib. 2024-cü ilin sonunda bu göstərici 461,5 milyon manat idi. Beləliklə, 16,1 milyon manat və ya 3,5% azalma baş verib.
Depozitlərin strukturu:
Fiziki şəxslər – 386,3 milyon manat (2024 – 366,9 milyon manat)
- Artım 19,5 milyon manat, +5,3%
Hüquqi şəxslər – 59,1 milyon manat (2024 – 94,6 milyon manat)
- Azalma 35,6 milyon manat –37,6%
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 156,5 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 47,1 milyon manat və ya 43,1% artım deməkdir (2024 – 109,4 milyon manat).
116 milyon manata yaxın məcmu kapitalı var
30 sentyabr 2025-ci il tarixində “TuranBank”ın məcmu kapital 115,8 milyon manat olub. Bu, 31 dekabr 2024-cü ildəki 120,6 milyon manatla müqayisədə 4,7 milyon manat və ya 3,9% azdır.
“TuranBank” 2025-ci ilin yanvar–sentyabr dövründə əməliyyat gəlirlərini artırmağa nail olub. Lakin ehtiyat ayırmalarının yüksəlməsi və xərclərin genişlənməsi nəticəsində xalis mənfəət ötən ilin göstəricisinə nisbətən azalıb. Aktiv və kredit portfelindəki artım bankın bazarda fəaliyyətini genişləndirdiyini göstərir, lakin depozit strukturundakı dəyişikliklər və kapital azalması diqqət tələb edən məqamlar sırasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
1 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
2 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
3 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza






















