Sabahdan Xırdalan-Bakı E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir
Hərəkət intervalı 8-10 dəqiqə təşkil edəcəkVətəndaşların Xırdalan şəhərindən paytaxtın "20 Yanvar" metrostansiyası istiqamətinə sürətli və rahat gedişlərini təmin etmək məqsədilə oktyabrın 17-dən E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
Bu barədə "Marja" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, Xırdalan şəhərindən yola düşən avtobusların aralıq dayanacaq məntəqələri Abşeron rayon Sukanal İdarəsi, Heydər Əliyev prospektindəki AAAF və "Kristal Abşeron" yaşayış kompleksləri, Abşeron rayon Mədəniyyət Mərkəzi, Xırdalan şəhər 11 nömrəli tam orta məktəb, "20 Yanvar" metrostansiyası və Rövşən Cəfərov küçəsi (3 mikrorayon dairəsi) təyin edilib.
Qeyd olunan istiqamətdə avtobuslar saat 06:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Ekspres xətti üzrə avtobusların hərəkət intervalı 8-10 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,60 manat müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 1 d. əvvəl
-
- 3 d. əvvəl
- 12 d. əvvəl
-
26 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti





























