Baku Steel Company ətraf mühitin mühafizəsinə töhfəsini gücləndirir: təxminən 3000 ağac əkilib
“Baku Steel Company” QSC (bundan sonra - BSC) ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və biomüxtəlifliyin qorunması istiqamətində ardıcıl proqram həyata keçirir.
Ekoloji təşəbbüsün növbəti mərhələsi çərçivəsində şirkət Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 5 hektar ərazidə təxminən 3000 ədəd zeytun ağacı və Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş nadir növ olan Eldar şamı tingi əkib.
Ağacəkmə aksiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC ilə birgə təşkil edilib.
Hesablamalara əsasən, bu ərazidə əkilən ağaclar hər il təxminən 48 ton karbon qazını (CO₂) atmosferdən udacaq və minlərlə kubmetr oksigen hasil edəcək. Bu, atmosferdəki karbon izinin azalmasına və havanın keyfiyyətinin yaxşılaşmasına mühüm töhfə verəcək.
Ağac növlərinə görə illik CO₂ udulması:
• Zeytun ağacları – 2500 ədəd → təxminən 38 ton CO₂
• Eldar şamı ağacları – 500 ədəd → təxminən 10 ton CO₂
Beləliklə, əkilən ağaclar iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, havanın keyfiyyətinin yüksəldilməsinə və ekosistemin tarazlığının qorunmasına mühüm töhfə verir.
Ağaclar həm də günəş enerjisinin bir hissəsini udaraq ətraf mühitin soyumasına kömək edir – yetkin bir ağac 10 kondisionerin soyutma effektinə bərabər təsir göstərir. Eyni zamanda, onlar azot oksidi və kükürd dioksidi kimi zərərli qazları udaraq, atmosferdəki toz və çirkləndiricilərin miqdarını azaldır.
Son üç ildə 5050 ağac – 86 ton azaldılmış karbon emissiyası
Qeyd edək ki, BSC ötən il də COP29 ərəfəsində Müşfiqabad qəsəbəsində 2 hektar ərazidə 1250 ədəd zeytun və Eldar şamı ağacı, eləcə də Sumqayıt Kimya Sənaye Parkında 500 ədəd şəmşir ağacı, 2023-cü ildə isə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bakı və Sumqayıt şəhərlərində toplam 300 ədəd Eldar şamı ağacı əkmişdi.
Beləliklə, son üç il ərzində şirkət tərəfindən ümumilikdə təxminən 5050 ağac əkilib. Bu isə hər il təqribən 86 ton karbon qazının atmosferdən udulmasına imkan yaradır.
“Təmiz istehsalat” və ekoloji idarəetmə texnologiyalarına investisiyalar
“Ekoloji məsuliyyət istehsalatdan başlanır” prinsipi ilə fəaliyyət göstərən BSC sənaye tullantılarının azaldılmasına yönəlmiş iri miqyaslı texnoloji layihələr həyata keçirir.
İsveçrənin AS Metals Technologies SA şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakıda yerləşən istehsalat sahəsində yerləşən Qaz-Toz Tutucu Qurğusunu modernizasiya edib.
Yenilənmə sayəsində filtrasiyanın gücü 930.000 m³/saatdan 1.700.000 m³/saatadək artırılıb, nəticədə atmosferə atılan toz və bərk hissəciklərin miqdarı beynəlxalq ekoloji standartlara uyğun səviyyəyə endirilib.
Eyni zamanda, təmizləmə sistemi vasitəsilə toplanan tozun bir hissəsi beynəlxalq standartlara və yerli qanunveriliciyin tələblərinə uyğun olaraq təkrar emala yönləndirilir. Bu yanaşma tullantıların azaldılmasına, istehsalatda resurs səmərəliliyinin artırılmasına və ətraf mühitin daha yaxşı qorunmasına xidmət edir.
BSC, bundan sonra da dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq, ətraf mühitin mühafizəsi və yaşıl gələcəyin qurulması istiqamətində ekoloji təşəbbüslərini davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 34 d. əvvəl
-
41 d. əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
-
2 saat əvvəl
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
-
2 saat əvvəl
Estoniyanın İT şirkəti Dövlət Vergi Xidmətinin "Yeni Avis 2" sistemini yeniləyəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dekabrın 26-da gözlənilən hava şəraiti
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Azərbaycan neftinin son qiyməti
ABŞ Venesueladan çıxan tankeri qovalayıb
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib






















