Qızılın qiyməti 4 min dollar səviyyəsinə düşür
Qızılın qiyməti, rekord həddə çatdıqdan sonra bazarın həddindən artıq isinməsi ilə bağlı narahatlıqlar fonunda enişini davam etdirərək, unsiya başına 4 min dollar səviyyəsinə doğru geriləyir.
Marja xəbər verir ki, qızıl cümə axşamı təxminən 0,5% də dəyər itirib. Texniki korreksiyaya, həmçinin Birja Ticarət Fondlarından (ETF - Exchange Traded Fund) çıxan investorların yaratdığı satış təzyiqi də əlavə olunub. Bloomberg məlumatına görə, çərşənbə günü qızıla əsaslanan ETF-lərdən çıxış həcmi son beş ayın ən yüksək səviyyəsinə çatıb.
Investorlar eyni zamanda, təhlükəsiz liman aktivlərinə olan tələbi azalda biləcək ABŞ–Çin ticarət razılaşması ehtimalını da qiymətləndirirlər. Dəyərli metal son iki sessiyada təxminən 6% ucuzlaşıb.
Vantage Global Prime broker şirkətinin analitiki Hebe Chen bildirib:
“Uzunmüddətli güclü yüksəlişdən sonra qızıl, artıq gərginləşmiş rezin lent kimi davranır; indi isə kəskin şəkildə geri çəkilir. Qiymətlərin 4 min dollar səviyyəsində qalması, əsaslı bir pozulmadan çox texniki korreksiyanı göstərir".
Qızıl ilin əvvəlindən bu yana hələ də təxminən 55% bahalaşıb; son həftələrdə isə ABŞ Mərkəzi Bankının ilin sonunadək ən azı dörddə bir bənd faiz endirimi edəcəyi gözləntiləri qiymətlərə dəstək verib.
Dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çin arasında gərginliyin son dövrlərdə yenidən artmasından sonra, tərəflər arasında mümkün irəliləyişə dair siqnallar diqqətlə izlənir. ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı açıqlamasında Çin lideri Si Cinpinlə yaxın vaxtlarda baş tutacaq görüşün “yaxşı bir ticarət razılaşması” ilə nəticələnəcəyinə ümid etdiyini, lakin görüşün baş tutmama ehtimalını da istisna etmədiyini deyib.
Bakı vaxtı ilə saat 08:35-ə olan məlumata görə, qızılın qiyməti bir unsiya üçün 4083 dollara qədər enib. Bloomberg Dollar Spot İndeksi bir qədər yüksəlib. Gümüş son iki sessiyada 7,6% ucuzlaşdıqdan sonra dəyər itirməyə davam edib. Palladium və platin qiymətləri də geriləyib.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
3 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var






















