"Yeni verilmiş kreditlərin və yeni cəlb edilmiş depozitlərin faizlərində azalma müşahidə edirik"
"AZİR indeksi uçot dərəcəsinin ətrafında formalaşır və Mərkəzi Bank tərəfindən idarə olunur".
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirirb.
Onun sözlərinə görə, Mərkəzi Bank uçot dərəcəsinin dəyişdirilməsinin kredit və depozit dərəcələrinə necə təsir etdiyini də izləyir:
"Bilirsiniz ki, iyul ayında Mərkəzi Bank uçot dərəcəsini 0,25 faiz bəndi aşağı salıb. Artıq son rüb ərzində biz yeni verilmiş kreditlərin və yeni cəlb edilmiş depozitlərin faizlərində azalmanı müşahidə edirik - müvafiq olaraq 0,8% və 0,6%. Müşahidə müddəti azdır, cəmi 3 aydır. Müşahidələrimiz davam edəcəkdir. Kredit və depozit faizlərinin aşağı düşməsinin bir səbəbi uçot dərəcəsinin azaldılması, digər səbəbi bank sektorunda struktur likvidliyinin olmasıdır. Qeyd etməliyəm ki, tək uçot dərəcəsinin azaldılmasını deyil, həmçinin hazırda bank sektorunda yüksək struktur likvidliyi mövcud olduğunu nəzərə almaq lazımdır. Hazırda bank sektorunda struktur likvidlik məcburi ehtiyatlar nəzərə almadan 2,7 milyard manatdır. Bunun da səbəbi 2025-ci ildən Maliyyə Nazirliyinin sərbəst qalıqları mütəmadi olaraq açıq hərraclar vasitəsilə maliyyə sektorunda yerləşdirməsidir".
Mərkəzi Bankın sədri əlavə edib ki, qiymətli kağızların, o cümlədən mərkəzi bankın notlarının, korporativ istiqrazların dərəcələrində də azalmalar baş verir:
"Ötən ilin sonunda və 2025-ci ilin əvvəlində valyuta bazarıda, daha çox dövlət valyuta xərcləri səbəbindən və həmçinin dövlət hesablarının qalığının artmı hesabına likvidlik mövcud idi. Mərkəzi Bank tərəfindən maliyyə sektorunda kifayət qədər böyük likvidlik sterilizasiya olundu. Onun nəticəsi olaraq faizlərdə artım müşahidə edildi. Bu ilin aprel ayından likvidlik yenidən iqtisadiyyata qayıdıb və bu da faiz dərəcələrinin düşməsinə təsir edir".
Taleh Kazımov əlavə edib ki, uçot dərəcəsinin 0,25 faiz bəndi aşağı salınmasının kredit və depozit faizlərinə hansı dərəcədə təsir etdiyini dəqiq müəyyən etmək üçün təxminən 6-9 ay zaman keçməsi lazımdır.
Xatırladaq ki, 23 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25% bəndi azaldılıb. Uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib. 10 sentyabr 2025-ci il və 22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.
Sterilizasiya - artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
3 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var





















