SOCAR ABB şirkətilə innovativ texnologiyalar ilə resursların idarə edilməsi məsələsini müzakirə edib
SOCAR-ın prezidenti ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti ilə görüşüb23 oktyabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti Tor Ove Lussand ilə görüşüb.
Görüşdə şirkətlər arasında enerji keçidi, rəqəmsallaşma, sənayedə innovativ texnologiyaların tətbiqi ilə resursların idarə edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Qarşı tərəfə Azərbaycanda enerji sənayesinin modernləşdirilməsi, karbon emissiyalarının azaldılması, beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən “yaşıl enerji” layihələri barədə məlumat verilib.
Qeyd edək ki, ABB — elektrifikasiya və avtomatlaşdırma sahəsində qlobal texnologiya lideridir. Şirkətin məqsədi daha dayanıqlı və resurs baxımından səmərəli gələcəyin qurulmasına töhfə verməkdir. Şirkət mühəndislik və rəqəmsallaşma sahəsindəki təcrübələri ilə sənaye müəssisələrinin daha yüksək performansla işləməsinə, eyni zamanda daha səmərəli, məhsuldar və dayanıqlı olmasına kömək edir. ABB-nin dünyada təxminən 110 min əməkdaşı var və şirkətin 140 ildən artıq tarixi mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























