Gələn il ƏDV daxilolmaları ilk dəfə 9 milyard manatı ötəcək
Növbəti ildə dolayı vergi hesab edilən ƏDV üzrə daxilolmaların 9 milyard manatlıq həddi aşaraq 9 milyard 216,3 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.
Qeyd edilib ki, bu göstərici ilə ƏDV-nin dövlət büdcəsinin cəmi gəlirlərində Dövlət Neft Fondundan transfertlərdən sonra 23,9%-lik payla ən böyük daxilolma mənbəyi olacağı nəzərdə tutulur.
Məlumata görə, maliyyə hesabatlarının tərkib komponentlərindən biri olan “Maliyyə vəziyyəti haqqında hesabat”a əsasən, Mərkəzi Bankın 2023-cü və 2024-cü illərin sonuna bölüşdürülməmiş mənfəətinin məbləği illər üzrə müvafiq olaraq 501,2 milyon manat və 972,7 milyon manat təşkil etmişdir. 2024-cü ilin təcrübəsindən fərqli olaraq Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığı üzrə cari ildə olduğu kimi, növbəti ildə də daxilolmalar proqnozlaşdırılmır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Volkswagen 2028-ci ilin sonuna qədər xərcləri 20% azaltmağı planlaşdırır
-
4 saat əvvəl
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi





















