"Telia", "Turkcell" səhmlərini satır
"Turkcell"in səhmdarlarından "Telia"nın (Telia Sonera) 535 milyon dollarlıq "Turkcell" səhmlərini satacağı bildirilib.
"Marja" xəbər verir ki, İsveç şirkəti 153,5 milyon ədəd "Turkcell" səhimini satışa çıxaracaq. Satışın baş verməsi vəziyyətində də, şirkət dolayı yolla "Turkcell"in ən böyük səhmdarı olmağa davam edəcək.
Şirkət, öz bölgəsi olan Şimali Avropa regionuna fokuslanmaq üçün kapital artırarkən, "Turkcell" səhmlərini də əlindən çıxarmağı planlaşdırır.
Şirkətdən verilən açıqlamada səhm satışının sürətləndirilmiş təklif yolu ilə institusional investorlara təqdim ediləcəyi qeyd olunub.
Mövcud qiymətlər nəzərə aldıqda satılacaq 7%-lik "Turkcell" səhminin 535 milyon dollara təşkil etdiyi görünür.
May ayındakı satışda da yer alan "Bank of America", "Citigroup" və UBS satışda səlahiyyətli olacaqlar. Satışın 21 Sentyabrda keçirilməsi nəzərdə tutulur.
“Turkcell” səhmdarlarından “Telia Sonera” bu il mayın 3-də də investorlara 150 milyon səhm satışı həyata keçirmişdi. Satılan 150 milyon səhminin qiyməti təxminən 520 milyon dollar olmuşdu. Satışdan sonra, Skandinaviya telekommunikasiya şirkətinin “Turkcell”də birbaşa payı 14,2%-dən 7,2%-ə geriləmişdi. “Telia Sonera”nın Turkcell-də dolayı olaraq da 24% payı var.
Səhmlərin satılması “Telia Sonera”nın Skandinaviya və Baltik ölkələrindəki əməliyyatlara fokuslanma strategiyasının bir hissəsidir.
"Turkcell"in Azərbaycan, Qazaxıstan, Gürcüstan və Moldovadakı fəaliyyətini təmin edən "Fintur Holdings B.V"da 41,45 faiz payı var. Qalan 58,55 faiz səhm isə "Telia Sonera"ya aiddir. "Telia Sonera" "Fintur"dakı payını da satacağını elan edib.
"Azercell" şirkətinin səhmdarı Türkiyənin “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” şirkətidir (100%). Bu şirkət Türkiyənin “Cenay” Şirkətlər qrupuna daxildir.
“Azertel”in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings B.V”yə, 42.2%-i “Cenay İletisim”ə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə aiddir. "Turkcell"in səhmdarı olduğu “Fintur”un dolayı yolla “Azercell”sə 51,3% payı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 20 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 42 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır






















