Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tural Əliyev “Yaşıl Dəhliz Birliyi” şirkətinin yeni Baş direktoru təyin edilib - Şirkətin kapitalı artırılır

“Yaşıl Dəhliz Birliyi” MMC-nin ümumi yığıncağı keçirilib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tural Əliyev “Yaşıl Dəhliz Birliyi” şirkətinin yeni Baş direktoru təyin edilib - Şirkətin kapitalı artırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin iştirakçıları olan "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC nümayəndələrinin ümumi yığıncağı keçirilib.

Energetika nazirinin müavini Orxan Zeynalov “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə “Yaşıl Dəhliz Birliyi” MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib.

Reklam_3_11

Yığıncaq zamanı iştirakçılar Tural Əliyevin “Yaşıl Dəhliz Birliyi” MMC-nin yeni Baş direktoru təyin edilməsi və şirkətin nizamnamə kapitalının artırılması barədə razılığa gəliblər.

Bununla yanaşı, texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsi və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda qəbul edilmiş qərarlara dair müvafiq sənədlər imzalanıb.

18.11.2025 19:00
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18