970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Maliyyə sektoru son illər olduğu kimi heç vaxt inkişaf etməyib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Maliyyə sektoru son illər olduğu kimi heç vaxt inkişaf etməyib"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda maliyyə sektoru son illər olduğu kimi heç vaxt inkişaf etməyib.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, bu dinamikanı nəzərə alaraq, AMB həm siyasət, həm texnoloji, həm də məhsul prizmasından bir sıra dəyişikliklər planlaşdırır:

"Biz bu dəyişiklikləri əsasən üç istiqamətdə görə bilərik. Birinci hüquqi-normativ bazanın təkmilləşdirilməsidir. Bu, bazar iştirakçılarının - maliyyə sektorundakı təşkilatların tələblərinə və AMB-nin öz mandatını icra etməsi üçün zəruri olan məqsədlərə çatmaq üçün dəyişikliklərinin davamlı həyata keçirilməsidir. İlin sonuna qədər biz bir neçə qaydada dəyişiklik paylaşacağıq. Bütün dəyişikliklər müvafiq assosiasiyalar vasitəsilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Bu məsələlərin banklar, fintex və digər assosiasiyalarla əməkdaşlıq əsasında həyata keçirilir".

AMB rəsmisi qeyd edib ki, digər məqam texnoloji platformalarla bağlıdır:

"Bu, dəyişikliklər və yeniliklər tətbiq etməyə kömək edir. Bunlardan ən çox üzərində danışdığımız Ani Ödənişlər Sistemidir. Son 6 ayda biz orada ödənişlərin sayını 25 dəfə artırmışıq, 6 dəfə isə İnternet və Mobil bankçılıq kanalları üzərindən dövriyyə artıb. Yəni ciddi artım müşahidə olunur - bu, həm sistemin dayanıqlığı baxımından, həm də ödənişlərin daha təhlükəsiz, daha aşağı xərclə keçirilməsi baxımından önəmlidir. 2-ci vacib məsələ QR məsələsidir. Artıq ölkədə AzQR standartı təsdiqlənir. Bu, həm regionlarda, həm də mərkəzdə nağdsız ödənişlərin qəbul olunmasını daha da asanlaşdıracaq və ödənişlərin xərcini azaldacaq. Ümumilikdə, bu keçid ancaq maliyyə institutlarının deyil, sahibkarların da xərclərini ciddi şəkildə azaltmağı hədəfləyir. Əlbəttə ki, biz AMB-nin mandatına uyğun olaraq dəyişiklikləri, bu dinamikanı nəzərə alaraq nəzarət mexanizmlərimizi təkmilləşdiririk. Strategiyamız əsasən risk əsaslı nəzarətə keçiddir. Bu keçidi etmək üçün əlbəttə ki, biz bir sıra həm texnoloji həlləri tətbiq edirik, həm də ki, bu həllərin və yanaşmaların maliyyə institutları tərəfindən tətbiq olunması üçün planlarımızı icra edirik".

İş elanları AzVak.az-da

© "Report" 

Azərbaycan maliyyə sektoru AMB Azərbaycan Mərkəzi Bankı Vüsal Xəlilov Bankçılıq Forumu IX Beynəlxalq Bankçılıq Forumu hüquqi-normativ baza maliyyə sektoru islahatları AMB siyasət dəyişiklikləri texnoloji platformalar Ani Ödənişlər Sistemi AzQR standartı nağdsız ödənişlər internet bankçılığı mobil bankçılıq fintex risk əsaslı nəzarət maliyyə texnologiyaları ödəniş sistemləri AMB islahatları maliyyə bazarının inkişafı Azərbaycan bank sektoru AMB nəzarət mexanizmləri
19.11.2025 10:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18