"Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq"
"Əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır"Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib: “2500 manatadək əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır. İqtisadi artıma və biznesə vergi güzəştləri davam etdirilir”.
Mikayıl Cabbarov qeyd edib ki, aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq və mərhələli keçidlə tətbiq olunacaq: “Prezidentin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün yaradılmış münbit şəraitin qorunması məqsədilə daha aşağı gəlirlərə aşağı vergi yükünün müəyyən edilməsi və bunun mərhələləri şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu çərçivədə qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 15 d. əvvəl
- 30 d. əvvəl
-
34 d. əvvəl
“PAŞA Bank” sindikativ kredit bazarının inkişafına dəstək verən forum keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
Birbank və Visa-dan yeni kampaniya: “Disneyland® Paris”ə səyahət şansı
-
16 saat əvvəl
"Azərmaş Group" satışdan gəlirini və xalis qazancını açıqladı
-
17 saat əvvəl
Azərbaycanın iri sənaye şirkətinə illik 13 faizlə 10 milyon manat pul lazımdır
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
“AzInTelecom” IX Beynəlxalq Bankçılıq Forumunda!
Kriptovalyuta bazarlarında itkilər 1 trilyon dolları aşdı
Rəsmi məzənnələr açıqlandı
"Azərmaş Group" satışdan gəlirini və xalis qazancını açıqladı
Ən çox oxunanlar
“PAŞA Bank”da növbədənkənar ümumi yığıncaq keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan Azərbaycana ixracı artırır
Prezident Baş prokuror Kamran Əliyevilə bağlı Sərəncam imzaladı
AZAL təyyarələrində yüksək sürətli “Wi-Fi” olacaq - DÜNYA LİDERİ İLƏ SAZİŞ İMZALANDI
300 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb














.jpg)






.jpg)


