Azərbaycanın iri sənaye şirkətinə illik 13 faizlə 10 milyon manat pul lazımdır
"Azərmaş Group" MMC istiqraz buraxılışı yolu ilə 10 milyon manat cəlb edir.
Marja.az Emissiya prospektinə xəbər verir ki, avtomobil istehsalı ilə məşğul olan Şirkət hər birinin nominal dəyəri 1000 manat olan 10 000 ədəd təmin edilməmiş (nominal dəyərinin 60% faizi üzrə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu" tərəfindən zəmanət verilmiş) sənədsiz, faizli, adlı istiqrazlar buraxır.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 13 faiz təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 3 il müddətində, ildə günlərin sayı 360 olaraq götürülməklə) hər 3 təqvim ayından bir ödəniləcəkdir.
Emissiyanın anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 08.09.2025-ci il tarixli, 12-3/2-4576/2025 saylı bildirişə əsasən, zəmanətin şərtləri olaraq emissiya ediləcək 10 000 000 AZN dəyərindəki istiqrazlara fond tərəfindən 60% həcmində zəmanət verilməsi qərara alınmışdır. Bu qərara əsasən, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu" tərəfindən hər birinin nominal dəyəri 1000 (bir min) manat olan 10.000 (on min) ədəd təmin edilməmiş (nominal dəyərinin 60% faizi üzrə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu" tərəfindən zəmanət verilmiş) sənədsiz, faizli, adlı istiqrazlar kimi çıxış edəcəkdir. İstiqraz mülkiyyətçilərinə dair məlumatlar Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ötürüləcəkdir.
İstiqrazların geri satın alınma şərtləri:
Emitent tərəfindən istiqrazların aşağıda qeyd olunan şərtlər daxilində geri satın almaq hüququ nəzərdə tutulur:
27-ci ayda -2 500 000 AZN həcmində;
30-cu ayda - daha 2 500 000 AZN həcmində;
33-cü ayda - daha 2 500 000 AZN həcmində;
36-cı ayda - daha 2 500 000 AZN həcmində.
Qeyd edək ki, Azərbaycan
"Azərmaş Group" MMC Azərbaycan ərazisində minik və yük avtomobillərinin istehsalı və idxalı sahəsində genişmiqyaslı fəaliyyət göstərilir. Bu fəaliyyət çərçivəsində şirkətimiz, həm yerli istehsalı, həm də xarici idxalı təmin edərək, avtomobil bazarının müxtəlif ehtiyaclarını qarşılayır.
Qeyd edək ki, 2024-cü ildə 2023-cü illə müqayisədə "Azərmaş Group" MMC-nin satışdan gəlirləri 2 dəfə artaraq 63 milyon 658 min manat, xalis mənfəəti də təxminən 2 dəfə artaraq 9 milyon 335 min manat təşkil edib.
2025-ci ilin ilk 6 ayında "Azərmaş Group" MMC-nin satışdan gəlirləri 36 milyon 255 min manat, xalis mənfəəti isə 6 milyon 59 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
44 d. əvvəl
AZAL 2 milyard 29 milyon manat qazanıb, 1 milyard 812 milyon manatını xərcləyib
-
1 saat əvvəl
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən il 3,6 milyard dollar qazanc gətirib
-
4 saat əvvəl
Ötən il Azərbaycan Dəmir Yolları 10 milyondan çox sərnişin daşıyıb - 20 FAİZ ARTIM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
2025-ci ildə qlobal qida qiymətləri düşüb
"Avant Group" ləğv edilir
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb
Ən çox oxunanlar
Yanvarın 10-da gözlənilən hava şəraiti
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən il 3,6 milyard dollar qazanc gətirib
Google-dan tarixi dəyişiklik: Gmail-də 20 ilin ən böyük yeniliyi
ING: AMB 2026-cı ilin I rübündə uçot dərəcəsini 6,75 % saxlayacaq
Bank aviabilet alışı üzrə tender elan edir












.jpg)














