Azərbaycanda 5 BOKT-un kredit portfeli 50 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə kredit portfeli 50 milyon manatdan çox olub.
Bunlar, “Fintrend” (70 milyon manat), “FİNKA Azərbaycan” (63,9 milyon manat), “Embafinans” (62 milyon manat), “SF Azerbaijan” (57,8 milyon manat) və “Azpul”dur (52,1 milyon manat).
14 BOKT-un kredit portfeli 10-50 milyon manat arasında, 22 BOKT-un kredit portfeli 1-10 milyon manat arasında, 10 BOKT-un kredit portfeli isə 0-1 milyon manat arasında olub.
2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 51 BOKT-dan 39-nun son 1 ildə kredit porteli artıb. Ən yüksək dinamika “Caspian İnvest”də (160,8 dəfə), ən aşağı dinamika isə “İnkişaf üçün maliyyə”də (1,5%) qeydə alınıb.
9 BOKT-un isə son 1 ildə kredit portfeli azalıb. Ən çox azalma İDK-da (56,5%), ən az azalma isə “Finkapital”da (3,8%) qeydə alınıb.
2 BOKT-un – “Payonix” və “Nova Credit”in kredit portfeli ötən il formalaşıb, 1 BOKT-un – “İrşad”ın isə son 1 ildə kredit portfeli olmayıb. Odur ki, bu BOKT-ların kredit portfelinin dinamikasınıı hesablamaq mümkün olmayıb.
© Yurd.Media
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
3 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)









