Azercell-in növbəti fəxri təqaüdçüsü adını sən də qazan!
Şirkət öz ənənəsinə sadiq qalaraq, bu il də ən istedadlı tələbələrə yeni imkanlar təqdim etməkdə davam edir.
Yeni tədris ilinin başlanması ilə ölkənin lider mobil operatoru Azercell Telekom sentyabrın 15-dən bütün tələbələr üçün növbəti Təqaüdü Proqramına start verir.
Bu əhəmiyyətli proqramı həyata keçirməklə Azercell şirkəti təhsilində müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmağı məqsəd tutur. Belə ki, proqramın bütün seçim mərhələlərini uğurla adlayan tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaq. Lakin, Azercell-in istedadlı tələbələr üçün təqdim etdiyi üstünlüklər yalnız təqaüdlə bitmir. Gənclər bu proqram çərçivəsində, eyni zamanda, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edə biləcəklər.
Bu il Tələbə Təqaüdü Proqramı Bakı və Bölgə ali təhsil müəssisələri ilə yanaşı, SABAH qruplarında təhsil alan tələbələr üçün də keçiriləcəkdir. Müraciət etmək üçün tələbələr şirkətin rəsmi veb səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidirlər. Ərizələr yalnız onlayn formada qəbul edilir.
Müraciətlərin son qəbul tarixi - 2017-cı il, 15 oktyabrdır.
Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb. Həmin tələbələr təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar.
Tələbə Təqaüdü proqramı Azercell şirkətinin korporativ sosial məsuliyyət fəaliyyətinin vacib tərkib hissəsi olaraq gələcək nəslin inkişafı və rahat şəkildə təhsil almasında əhəmiyyətli rol oynayır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















