"AFB Bank"da yeni direktor təyinatı
Rəşad Cümşüdov "AFB Bank"ın Marketinq Departamentinə direktor təyin olunub."AFB Bank"ın inkişaf yönümlü strategiyasının növbəti mərhələsi olaraq Marketinq Departamenti yaradılaraq departamentə direktor vəzifəsinə Rəşad Cümşüdov təyin edilib.
Bu barədə Marja.az-a "AFB Bank"dan bildirilib.
Qeyd edilib ki, Rəşad Cümşüdov marketinq, korporativ kommunikasiya və brendin idarəedilməsi sahəsində 15 ildən artıq peşəkar təcrübəyə malikdir. O, fəaliyyətinin müxtəlif mərhələlərində ABB, PASHA Travel, Rabitəbank və Yığım Payment System kimi Azərbaycanın aparıcı şirkətlərində rəhbər vəzifələrdə çalışaraq geniş idarəetmə təcrübəsi qazanıb.
Karyerası ərzində o, strateji marketinq, rəqəmsal kanalların inkişafı, brend idarəçiliyi, PR, müştəri loyallığı proqramları, həmçinin korporativ səviyyəli rebrendinq təşəbbüsləri daxil olmaqla, 150-dən artıq uğurlu layihəyə rəhbərlik edib.
Rəşad Cümşüdovun "AFB Bank" komandasına qoşulması Bankın brend inkişafı, rəqəmsal marketinq, müştəri kommunikasiya strategiyaları və bazarda mövqeləndirmə istiqamətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
"AFB Bank" hazırda həyata keçirdiyi yenilənmiş strateji inkişaf planı çərçivəsində təşkilati strukturunu təkmilləşdirir, xidmət keyfiyyətinin artırılmasına və daxili proseslərin səmərələşdirilməsinə yönəlmiş addımlar atır. Bu çərçivədə Marketinq Departamentinin yaradılması Bankın rəqəmsal genişlənmə, bazar mövqeləndirməsi və müştəri mərkəzli yanaşma üzrə prioritetlərini daha sistemli şəkildə həyata keçirməsinə imkan verir.
XXX
Rəşad Cümşüdov "AFB Bank" ASC-də Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Marja.az xəbər verir ki, bu barədə sosial şəbəklərdən birindəki hesabında Rəşad Cümşüdov özü məlumat paylaşıb.
"Marketinq mənim üçün həmişə sadəcə bir iş olmayıb - bu, strategiya, inkişaf, yaradıcılıq və davamlı çağırışdır. İllər ərzində güclü layihələrə, böyük məhsul təqdimatlarına, rebrendinq təşəbbüslərinə, məhsul lansmanlarına rəhbərlik etmək və möhkəm komandalar yaratmaq imkanı əldə etmişəm. İnanıram ki, bu yol boyunca qazandığım təcrübə "AFB Bank" ASC-də yeni uğurlar üçün möhkəm təməl olacaq.
Bankın qarşısında böyük hədəflər var — və mən yeni çağırışlara, yeni ideyalara və yeni nailiyyətlərə tam hazırıq. Bank rəhbərliyinə və bütün komandaya göstərdikləri etimada görə səmimi təşəkkürümü bildirirəm.
Önümüzdə uzun yol və böyük imkanlar var. Birlikdə dəyər yaradacağıq, brendi gücləndirəcəyik və bazarda həqiqətən təsir yaradan nəticələr əldə edəcəyik",- Rəşad Cümşüdov yazıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























